Balakəndə yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilir
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Balakən, 6 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Balakən Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan yarışda respublikanın 26 şəhər və rayonunu təmsil edən 252 şahmatçı mübarizə aparır.
Turnirin baş hakimi Qüdrət İsmayılovun verdiyi məlumata görə, yarış 11 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə FIDE qaydalarına əsasən keçirilir və şəxsi, komanda xarakteri daşıyır. Şahmatçılar A və B qrupları üzrə yarışırlar. A qrupunda 2009-2014-cü il təvəllüdlü, B qrupunda isə 2015-ci ildə anadan olmuş və daha kiçikyaşlı şahmatçılar mübarizə aparırlar.
Respublika Şahmat Olimpiadası avqustun 14-dək davam edəcək. Olimpiadanın qaliblərinə Gənclər və İdman Nazirliyinin diplom və medalları, birinci yeri tutan şahmatçılara isə Şahmat Federasiyasının pul mükafatları təqdim olunacaq. Eyni zamanda, olimpiadada birinci yeri tutan bir nəfər oğlan və bir nəfər qız şahmatçı oktyabrda Çernoqoriyada keçiriləcək Avropa çempionatında iştirak etmək hüququ qazanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 06 Avqust 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















