Balakəndəki siqaret qıtlığı ilə bağlı yoxlama aparılacaq? Rəsmi CAVAB
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Balakən rayonunda "SADAF TRADE" MMC və "SARVAN" MMC kimi firmalar tərəfindən siqaret satışında süni qıtlığın yaradılması iddiası ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi açıqlama verib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilib.
Məlumatda qeyd olunub ki, həmin siyahıya daxil olan malların, işlərin, xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir:
"Digər malların, o cümlədən siqaret qiymətləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilir.
Bundan əlavə, "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. İstehlak bazarında sahibkarlar tərəfindən alıcılara müxtəlif qiymət və şərtlərlə məhsullar təklif olunur, istehlakçıların onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı sərbəst seçmək hüququ var".
Açıqlamada əlavə olunub ki, müvafiq sahədə nəzarət tədbirləri "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun tələblərinə əsasən həyata keçirilir:
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanun ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Nəzərdə tutulmuş müddətdə agentlik yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallarla bağlı əsaslandırılmış müraciətlər daxil olduqda yoxlama apara bilər.
Bununla belə, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görür.
Əlavə olaraq bildiririk ki, qiymət dəyişikliyinin və süni qıtlığın rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim edildiyi təqdirdə məsələyə mahiyyəti üzrə baxılır".
Agentliyə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət etmək mümkündür".
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 30 Dekabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















