Balakənə Aktaudan ilk cənazə gəldi: körpəsi atasını görə bilmədi
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib.
Lent.az-ın məlumatına görə, Balakən rayon sakini, 1998-ci il təvəllüdlü Ramazan Nəriman oğlu Filiyevin nəşi doğulduğu rayona gətirilərək bu gün səhər saatlarında ailəsinə təhvil verilib. R.Filiyev Şərif kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, R. Filliyev iki il əvvəl ailə həyatı qurubmuş və onun 10 aylıq körpəsi var.
R. Filiyev Qroznıya işləmək üçün gedirdi.
Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakinləri olub, onlardan 10 nəfəri qəza zamanı həyatını itiriblər.
Baxış sayı:88
Bu xəbər 27 Dekabr 2024 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















