Icma.az
close
up
RU
Balakənli məzunlardan 295 nəfəri tələbə adını qazanıb

Balakənli məzunlardan 295 nəfəri tələbə adını qazanıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Balakən, 5 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş balakənli məzunlardan 295 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 47 nəfəri 500-dən, 10-u isə 600 baldan yuxarı nəticə göstərib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Balakəndə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə rayon rəhbərliyinin görüşündə bildirilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev ali məktəblərə qəbul imtahanlarının nəticələrinin rayonun məzunları üçün uğurlu olduğunu bildirib, tələbə adını qazanan məzunları təbrik edib, onlara savadlı, bilikli, bacarıqlı gənc kadrlar kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərə layiqli töhfələr vermələrini arzulayıb. İcra hakimiyyətinin başçısı əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatlarının öz töhfəsini verdiyini vurğulayıb. Qeyd edib ki, tələbəlik illəri gənclərdən daha çox məsuliyyət, daha çox zəhmət, daha geniş dünyagörüşü tələb edir. Təhsili uğurla başa vurmaq, seçdiyi ixtisası dərindən öyrənmək, kamil mütəxəssis kimi yetişmək tələbələrin qarşısında duran əsas vəzifələrdir. Əldə olunan biliklər yalnız gənclərin gələcəyi üçün deyil, həm də Azərbaycanın gələcəyi üçündür.

Digər çıxış edənlər məzunları yüksək nəticələrlə tələbə adına layiq görülmələri münasibətilə təbrik edib və nailiyyətlərinin davamlı olmasını arzulayıblar.

Sonda qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə xatirə hədiyyələri təqdim olunub. Ali məktəblərə keçirilən qəbul imtahanlarında 695 bal toplayaraq rayon birincisi olan Amin Novruzov adına humanitar və texniki fənlər təmayüllü liseyin məzunu Şahin Məmmədov Balakən Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri