Balakənli qız bibisi ilə birlikdə dənizdə batdı YENİLƏNİB
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Bakıda dənizdə batan qadınlarla bağlı yeni faktlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumat görə, ötən gün Şıxov çimərliyində batan 1977-ci il təvəllüdlü Qurbanova Ziyafət Kamal qızı və 1986-cı il təvəllüdlü Məmmədova Nurlana Muradxan qızı Balakən rayonunun Bedağar kəndinin sakinləri imiş. Onlar bibi və qardaşı qızıdır.
Ziyafət Qurbanova qardaşının qızı, Nurlana Məmmədova ilə birlikdə dənizə girib. Üzə bilmədikləri üçün dalğa onları uzağa aparıb. Nəticədə hər iki qadın boğularaq ölüblər.
FHN-in dalğıc-xilasediciləri onların cəsədlərini Lökbatan qəsəbəsi yaxınlığında tapıb sudan çıxarıblar.
Hər iki qadının meyiti bu gün Balakənə aparılıb və Bedağar kəndində torpağa tapşırılıb.
***
10 avqust, 16:16
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1977-ci il təvəllüdlü Qurbanova Ziyafət Kamal qızının və 1986-cı il təvəllüdlü Məmmədova Nurlana Muradxan qızının meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
saat 15:45
Bakıda dənizdə iki nəfər boğulub.
APA xəbər verir ki, hadisə Şıxov çimərliyində baş verib.
Dənizdə batan iki qadının meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 11 Avqust 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















