Icma.az
close
up
RU
Balaxanı Əməliyyat Şirkətində nə baş verir? Cərimə, torpaq alveri, yeyinti...

Balaxanı Əməliyyat Şirkətində nə baş verir? Cərimə, torpaq alveri, yeyinti...

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

“Balaxanı Operating Company” LTD şirkəti tez-tez cərimələnir. Son aylarda bu yöndə xeyli xəbərə rast gəlmək olur. Bu da medianın diqqətini cəlb etməkdədir. Məlum olur ki, şirkət müxtəlif qanun pozuntularına yol verir. Halbuki məhkəmə qərarları olmasa, belə adda kompaniyanı kimsə tanımaz. 

Hurriyyet.az bildirir ki, sonuncu belə fakt Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən su obyektlərində aparılan nəzarət tədbirləri nəticəsində üzə çıxarılıb. Belə ki, şirkətin fəaliyyətində qanunsuzluqlar aşkar edilib.

SİMDNX-dan verilən məlumata görə,  Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Zabrat gölündə adıçəkilən şirkət tərəfindən bərk və qarışıq süxurlar daşınaraq gölün doldurulması həyata keçirilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq akt və İnzibati Xəta haqqında Protokol tərtib olunub, digər toplanmış materiallarla birlikdə Sabunçu rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmin qərarına əsasən, “Balaxanı Operating Company” LTD şirkəti təqsirli bilinərək barəsində 7500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilib.

Bu ilin yanvarında da "Balakhani Operating Company LTD" şirkətinin Azərbaycandakı filialı məhkəməyə verilib.

Şirkətlə bağlı Yasamal rayon Məhkəməsinə müraciəti qurumun keçmiş prezidenti Walker James Alan edib.

Daha əvvəl media yazmışdı ki, Sabunçu rayonunda Nazim adlı şəxs Balaxanı Əməliyyat Şirkətinin (keçmiş Balaxanı Neft-Qaz Çıxarma İdarəsi) Kərəm adlı əməkdaşı ilə əlbir olaraq şirkətin ərazisinə aid torpaqların üstündə fərdi evlər tikib satmaqla məşğuldur. Son olaraq Zabratda bu faktın ifşa edilməsi göstərir ki, şirkət hansı əməllərin sahibidir. 

Sosial mediada o da yazılır ki, şirkət işçilərin maaşlarını gecikdirir və ya tam ödəməkdən imtina edir. 

İnsan hüquqları və ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların hesabatlarında Azərbaycandakı bəzi neft sektorunda çalışan şirkətlər — o cümlədən “Balaxanı Operating Company” — işçi hüquqları, əməyin mühafizəsi və ekoloji standartlara laqeyd münasibət səbəbilə tənqid olunub. (Mənbə: Business & Human Rights Resource Centre). 

Qeyd edək ki, şirkətin rəhbəri Rövşən Rzayev, vitse-prezidentləri Əli Həsənli və Əhməd Kələşov göstərilir. Bir müddət əvvəl mətbuatda yayılmış xəbərlərə görə, ağır sənayedə, küləkdə, qızmar günəş altında, yağışda çalışan usta, fəhlələr ayda 1000-1500 manat maaş alır, amma Əli Həsənli iki ildir şirkətdə “operativni şöbə” açıb. Bu şöbədə yaxınlarını işə götürüblər. Hər ay 2000-3000 məvacib yazılan bu şəxslərin maaşlarının 50 faizi nağdlaşdırılaraq şöbənin rəisinə çatdırılır. O da öz növbəsində yığılan pulları şirkətin rəhbərliyinə verir.
Qeyd edək ki, “Balakhanı Operating Company LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı   2012-ci ildə «Balaxanıneft» NQÇİ-nin bazasında yaradılıb.

Anxeber.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Avqust 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri