Icma.az
close
up
RU
Balaxanı neftçiləri Qara Yanvar hadisələrinin 35 ci ildönümünü andılar AZƏRTAC

Balaxanı neftçiləri Qara Yanvar hadisələrinin 35 ci ildönümünü andılar AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 yanvar, AZƏRTAC

Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən “Balakhani Operating Company LTD”, “Surakhani Oil”, “Azgerneft” şirkətlərinin əməkdaşları Azərbaycanın qəhrəmanlıq salnaməsinin şərəfli səhifəsi - Qara Yanvar hadisələrinin 35-ci ildönümünü anıblar.

AZƏRTAC xəbər verir ki, tarixi yaddaşımıza ekskursu “Balakhani Operating Company LTD”nin ərazisində yerləşən “Şəhidlər Unudulmur” abidəsi qarşısına qərənfillər düzməklə başlayan neftçilər sonra Sovet İttifaqının süqutunu tezləşdirən həmin faciəli gecəni anım mərasimində iştirak edən fəxri neftçilərin - Əməkdar mühəndis, Prezident təqaüdçüsü Telman Cəfərov və Əməkdar mühəndis, texniki elmlər doktoru Şaiq Bəkirovun xatirələri ilə yad ediblər.

Əməkdar mühəndislər çıxışlarında vurğulayıblar ki, Mixail Qorbaçovun əmri ilə sovet hərb maşını Bakıda dinc azərbaycanlılara qarşı terror aktı törədəndə neftçilər öz vəzifələrinin başında idilər. O zaman minlərlə sovet əsgəri Bakıya Qalada yerləşən hərbi aeroport vasitəsilə də gətirilmişdi. Hərbçilər yolu bağlayaraq tanklarla maşınların üzərindən keçirdilər. Bunların arasında həm fərdi avtomobillər, həm də neft mədənlərinə aid yük maşınları var idi. Telman Cəfərov həmin hadisələri belə nəql edib: “Biz hamımız ailələrimizə görə narahat idik. Mən ailəmdən xəbər tutmaq üçün Çilov adasındakı ezamiyyətimi bitirib evə tələsəndə şaxtalı havada Pirallahıdan Qalaya qədər 20 kilometrdən çox yolu ayaqla gəldiyimi xatırlayıram. Sabunçuda yerləşən 3 saylı klinik xəstəxanaya durmadan yaralılar gətirirdilər”.

“Qurudakı yataqlarda hasilat dayandırılmışdı. Lakin neftçilər mədənlərdə mümkün təxribatların qarşısını almaq üçün könüllü şəkildə işə çıxırdılar. Hadisələr hasilat prosesini ləngitməklə yanaşı, iqtisadi böhranı da dərinləşdirdi - neftçilər aylarla əməkhaqqlarını ala bilmirdilər”, - deyən Şaiq Bəkirov vurğulayıb ki, bütün bunlara baxmayaraq, Azərbaycan xalqının həmin dövrdəki əzmi onu sovet təsirindən birdəfəlik çıxararaq müstəqilliyə apardı. Əli silahsız əhali qırğına verilsə də, biz müstəqillik istəyimizdən dönmədik. Qara Yanvar qurbanlarının ruhları qarşısında baş əyirik”.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Vüqar Rəhimzadə və YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov tarixi yaddaşımızı yaşatdıqları üçün hasilat şirkətlərinin gənc əməkdaşlarına minnətdarlığını bildiriblər. Qara Yanvar hadisələrinin ictimai-siyasi konteksti barədə danışan natiqlər qeyd ediblər ki, ozamankı Azərbaycanın rəhbərliyinin iradəsizliyi və qətiyyətsizliyi nəticəsində baş verən Topxana hadisələri ilə bağlı yaranan ictimai etiraz dalğası böyüyərək bu faciəyə gətirib çıxardı. Məlumat blokadasında olan xalqımızın haqq səsini dünyaya çatdıran şəxs 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək Qorbaçov rejiminin Bakıdakı qanlı aksiyasını törədənləri ifşa edən Ümummilli Lider Heydər Əliyev olub.

Sonra çıxış edən “Balakhani Operating Company LTD”nin prezidenti Rövşən Rzayev isə bildirib ki, əsrlər boyu Azərbaycanın sərvətləri xarici dövlətlər tərəfindən vəhşicəsinə, insafsızcasına dağıdılıb, bu sərvətlərdən xalqımıza heç nə çatmayıb. Yalnız Azərbaycan xalqı ölkənin müstəqilliyini bərpa etdikdən, onun tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan və “Əsrin müqaviləsi” imzalandıqdan sonra bu sərvətlərin Azərbaycan xalqının rifahına yönəldilməsinə başlanılıb. “Qara Yanvar şəhidləri canlarını qurban verdilər ki, biz sizinlə müstəqil, azad dövlətdə yaşayaq. Bu dövlətin müstəqilliyini iqtisadi baxımdan gücləndirmək isə sizinlə birlikdə qazanacağımız uğurlarımızdan asılıdır. Bizim qəhrəmanlıq meydanımız mədəndir”, - deyə o vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri