® Balaxanı neftçiləri uşaqlar üçün həyata keçirdiyi layihəni yekunlaşdırıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Balakhani Operating Company LTD”-nin dəstəyi ilə həyata keçirilən "Məktəblilər Ədibin Evində" layihəsi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində yekunlaşıb.
Hasilat şirkətinin fəaliyyət göstərdiyi Sabunçu və Suraxanı rayonlarındakı məktəblər üçün nəzərdə tutulan layihədə bu il 200-dən çox şagird, eləcə də şirkət əməkdaşlarının övladları iştirak ediblər.
"Məktəblilər Ədibin Evində" layihəsi mütaliə vərdişlərinin aşılanması, milli ədəbiyyata marağın artırılması, şagirdlərin mədəniyyətlə təmas quraraq fərdi inkişaf etməsinə dəstək verməyi nəzərdə tuturdu. İştirakçılar İçərişəhərdəki “Ədibin Evində” azərbaycançılıq ideologiyasını müzakirə edən silsilə görüşlərə qatılıb, keçirilən interaktiv məşğələ və müzakirələrdə hədiyyələr qazanıblar.
Layihənin nəticələrini qiymətləndirən “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev bildirib: “Uşaqlarımızın sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi bizim üçün vacibdir. BOC olaraq Azərbaycanın “qara qızıl”ının “insan qızılı”na çevrilməsi missiyasına töhvə verməkdən qürur duyuruq”.
Video link (https://youtu.be/ehmiULCWALQ?si=7sd1vgvZCUToQmC).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 01 İyun 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















