Icma.az
close
up
RU
Balaxanıdakı sirli qəbiristanlıq Bəhailər kimlərdir? + FOTO

Balaxanıdakı sirli qəbiristanlıq Bəhailər kimlərdir? + FOTO

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

1844-cü ildə İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd adlı bir şəxs “Bab” ləqəbi götürərək elan etdi ki, Allah tərəfindən göndərilən müjdəçidir, zühur edib. 1863-cü ildə isə Mirzə Hüseyn Əli elan etdi ki, haqqında bütün dinlərin müqəddəs kitablarında xəbər verdiyi Babın öz yazılarında daim “Allahın zahir edəcəyi kəs” dediyi vəd olunmuş kəs odur. O və tərəfdarları yeni dinin yarandığını elan etdilər, bəhailik belə yarandı.

Məsələnin bizim üçün maraqlı olan tərəfi ondan ibarətdir ki, vaxtilə məşhur azərbaycanlılar arasında da bəhailiyə inananlar olub. Bakıda – Balaxanı və Buzovnada bəhai mərkəzləri aktiv şəkildə fəaliyyət göstərib.


Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli iddia edir ki, Hüseyn Cavid bəhai olub, Əliqulu Qəmküsar isə bəhailiyə rəğbət bəsləyənlərdən biri: “Sabir bəhai olmasa da, Şamaxıda olanda bəhai məclislərində iştirak edirdi. Balaxanıya gələndən sonra da bəhailər ona dəstək olurdular. Ümumiyyətlə, o dövrlər bəhailər maarifçilik hərəkatına ciddi töhfə veriblər. Hacı Zeynalabdin Tağıyev qızlar məktəbi açmamışdan qabaq bəhailər Balaxanıda qız məktəbi açmışdılar. Musa Nağıyevin bəhai olduğunu yəqin ki çox adam bilir”.

Ramazan Əsgərli deyir ki, müsəlman dünyasında çadranı ilk atan qadın Tahirə Qürrətüleyn də bəhai olub: “Tahirə tarixdə” kitabı var, Amerikada nəşr olunub. Tahirə haqqında elmi araşdırmaların məcmusudur. Tahirə ABŞ-da, Pakistanda, İranda çox araşdırılıb.

Azərbaycanda Əzizə Cəfərzadə “Zərrintac-Tahirə” adlı bir roman yazıb. Tahirə Qəzvin türküdür. Bir çox tədqiqatçılar onun türk olduğunu öz araşdırmalarında qeyd edirlər. O, bütövlükdə İran qadınlarının səsi idi. Üç dildə – ərəb, fars, Azərbaycan dillərində bədahətən şeirlər deyirdi. Babın özünü görmədən ona iman gətirmişdi. Onun əsl adı Səlimədir. Tahirə adını ona Həzrət Bəhaullah verib. 1848-ci ildə babilərin toplatısında Tahirə ilk dəfə çadranı atır və buna görə onu qınayır, ismətini şübhə altına alırlar. Belə olduqda Həzrət Bəhaullah onun təmizliyini və iffətini göstərmək üçün ona “Tahirə” adı verir ki, bu, “pak” deməkdir.  Həmin tədbirdə o, çoxsaylı kişilərin arasında yeganə qadın idi. O kişilərin arasına üzü açıq çıxır. Hətta babilər də bu addımı düzgün anlamırlar. Amma o çox cəsarətli qadın olub. Bəzi Qərb tədqiqatçıları hətta onu Janna Darkdan daha üstün qadın hesab edirlər. Onun bənzəri tarixdə çox azdır. Zəkanın, imanın, gözəlliyin və cəsarətin ö dövrdə bir qadında birləşməsi nadir rast gəlinən şeydir. Tahirədə bunların hamısı vardı. Təəssüf ki, onu 1852-ci ildə Tehranda “İdelxani” adlanan bağda boğub öldürürlər. Son sözü də bu olub ki, məni öldürə bilərsiniz, ancaq qadınların azadlığının qarşısını heç vaxt ala bilməyəcəksiniz. Sonradan rus yazıçısı İzabella Qrinevskaya “Bab” adlı pyes yazdı. Tahirə də həmin pyesin əsas qəhrəmanlarından biridir. Həmin pyes Moskvada, Londonda, Sankt-Peterburqda tamaşaya qoyuldu. Hətta Sankt-Peterburq truppası həmin tamaşanı 1907-ci ildə Bakıda da oynadı”.

Fəlsəfə doktoru, Edinburq Universitetinin professoru Səlahəddin Əyyubovun bizə təqdim etdiyi mənbələrdə də (fotolar da ona məxsusdur) çox maraqlı məqamlar var.

Məsələn, Səlahəddin bəyin anası Minaxanım Qasimova (Əyyubova) öz xatirələrində Balaxanı və Buzovnada yaşayan bəhailərin repressiya ilə üzləşməsindən  danışır.


Qeyd edir ki, Bakıda o vaxtlar iki dustaqxana var idi – Keşlə və Bayılda: “Atama sovqat göndərmək üçün Bayıldakı dustaqxanada səhər saat 5-dən növbə tutmaq lazım olurdu. 40 gün sonra – 30 noyabr 1937-ci ildə onu güllələyib şəhid etmişdilər. Onun qana bulaşmış köynəyini həyat yoldaşına göndərmişdilər. Həbsin qırxıncı günü Fizzə xanım onu Bayıl həbsxanasından gətirdiyi qazanın içərisində  aşkar etmişdi”.

Repressiya olunmuş bəhailərin siyahısı:


Minaxanım Qasimova (Əyyubova) yazır ki, anası bəhailiyi ər evində qəbul edibmiş: “Uzun müddət ailəsi onun bu hərəkətini pis qarşılamış, evində “murdardır” deyə heç kəs bir stəkan su da içməmişdi. Yalnız atamın əməlləri, xasiyyətindəki saflıq onların ürəyindəki buzları əridə bilmiş, bu qohumluğu özlərinə şərəf sanmağa başlamışdılar”.

Minaxanım Qasimova (Əyyubova) bildirib ki, 1937-ci ildə Balaxanı, Buzovna bəhailəri əks-inqilabi fəaliyyət, SSRİ–ni yıxmaq məqsədi ilə kapitalist ölkələriylə  (İngiltərə, Almaniya, İran, Fələstin) əlaqələr qurmaq, kapitalistlərlə fəhlə və kəndlilər arasındakı sinfi mübarizəni inkar etmək, anti-sovet təbliğat, aktiv bəhai ittihamı ilə qrup halında mühakimə olunmuş və ölümə məhkum edilmişdilər. Onların sayı isə təxminən 21 nəfər olub.

Vəhabi Qürrətüleyn Maqsudova öz xatirələrində yazır ki, 1921-ci ildə Balaxanıdakı evlərində bəhailər üçün müsafirxana təşkil olunur və burada 19 gün ziyafətləri keçirilirdi.

Maqsudovanın yazdıqlarına inansaq, o vaxt Balaxanıda 3 minə yaxın bəhai varmış.  1992-ci ilə qədər Balaxanıda ziyafətlər gizli keçirilir və hər dəfə də bir bəhainin evində təşkil olunurmuş. Hətta zirzəmilərdə belə tədbirlər keçirilirmiş.

Bir məqamı da qeyd edək ki, Balaxanıdakı qəbiristanlıqdakı bəhai qəbirləri bu gün də qalmaqdadır. Bəhai qəbirlərinin hasar daşları üzərində Tahirə Qürrətüleynin şerləri həkk edilib. Bəhailər Balaxanı haqqında deyirlər: “Bura bizim canlı tariximizdir”.//bakuplus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Dekabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see258

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see248

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see205

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see182

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see176

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see172

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see164

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see154

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see142

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see141

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see137

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see135

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see132

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see128

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see128

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see125

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri