Icma.az
close
up
RU
Biz əvvəlcə cinsi əlaqədə olduq, sonra isə... Balaxanıdakı qətlin şok təfərrüatı

Biz əvvəlcə cinsi əlaqədə olduq, sonra isə... Balaxanıdakı qətlin şok təfərrüatı

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Sabunçu rayonunda dostunu qətlə yetirməkdə ittiham olunan Rəhim Əsədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədri ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, ötən il iyunun 14-də paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, onlar sosial şəbəkələrdə tanış olublar. Rəşid onunla cinsi əlaqədə olmaq istəyib, amma Rəhim istəməyib. Bu zaman onların arasında mübahisə yaranıb, Rəşid qeyrət söyüşü edib. Bundan əsəbləşən Rəhim onu bıçaqlayaraq öldürüb.

İttiham aktında göstərilib ki, Rəhim Əsədov mərhumun əmlakını ələ keçirməyi qərarlaşdırıb. Təqsirləndirilən şəxs Rəşid İmanovun pul vəsaitini və "Iphone" markalı mobil telefonunu ələ keçirmək üçün onun üzərinə hücum edib, eyni zamanda xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gəlib.

O, zərərçəkmişin öncə boğaz nahiyəsindən tutaraq üzü döşəməyə yıxıb və mətbəxdən götürdüyü ət baltası ilə boynunun ön və sağ ətrafından 2 dəfə vuraraq qətlə yetirib.

Məhkəmədə ittihama münasibət bildirən təqsirləndirilən şəxs özünü ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib: "Ondan borca pul istədim. O isə əvvəlcə sekslə məşğul olmağı təklif etdi. Mən işim olduğunu, gedəcəyimi bildirdim. Aramızda mübahisə yarandı. Məni döydü, mən də onu bıçaqla vurdum".

Təqsirləndirilən şəxs qeyd edib ki, Rəşidlə hadisədən bir neçə ay əvvəl "Instagram" sosial şəbəkəsində tanış olublar: "Ondan borca pul istədim. Mənə qarşılığında əvvəlcə heç nə təklif etmədi. Mən də pul almaq üçün onların evinə getdim. Mənimlə söyüşlə danışdı. Dedi ki, sənin qeyrətin belə-belə olsun. Mən də əsəbləşdim".

Bu zaman mərhumun anası və digər ailə üzvləri səs-küy salıblar. Ana "Allah sənin cəzanı versin, Rəhim, gör necə rahat danışır" deyə bildirib. Hakim onlara xəbərdarlıq edib: 'Burada səs-küy salmaq lazım deyil. Bura yas yeri deyil, məhkəmədir. Məhkəməni pozmağın cəzası var. Burada cərimə, həbs nəzərdə tutulur. İlk olaraq biz xəbərdarlıq edirik".

Daha sonra ifadəsini davam etdirən təqsirləndirilən şəxs bildirib ki, sosial şəbəkədə profil şəkilinə baxanda Rəşidin cinsi azlıq nümayəndəsi olduğunu başa düşüb: "Şəkillərinə baxdım, normal şəkili yox idi. Oğlanlarla lüt fotoları, yazışmaları var idi. Mənə də cinsi azlıq olduğunu etiraf etdi. Amma bizim aramızda cinsi münasibət olmayıb. Mənə əxlaqsız hərəkətlər etməyinə, təklif edib. Amma mən ondan borca pul istədim. Bildirildi ki, cinsi əlaqədə olaq, sonra pul verim. Mən əsəbləşdim. Ona iki bıçaq zərbəsi vurdum. Onun çantasında olan 3 manat pulu, bir də telefonu götürdüm, evi tərk etdim. Sonradan telefonu əməliyyatçılara verdim".

Daha sonra dövlət ittihamçısının vəsatəti əsasında təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. O, həmin ifadəsində Rəşidlə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu deyib.

Bildirib ki, Rəşidin "Ağa" profili ilə yazışıb və sonra tanış olublar: "Tanış olduqdan sonra Rəşidin cinsi azlıq olduğunu bildim. Biz telefonda tanış olduq, onun ii yerində görüşdük. Görüşən zaman onun cinsi azlıq olduğuna əmin oldum. Daha sonra məni evinə dəvət etdi. Mən də getdim. Ondan borca pul istədim. O isə cinsi əlaqədə olmağı təklif etdi. Dedi ki, cinsi əlaqədə olaq, pul verəcəm. Onun təklifi ilə rastlaşdım, biz cinsi əlaqədə olduq. Sonra mənə 50 manat verdi.

Növbəti dəfə ondan 100 manat borca pul istəmək fikirim yarandı. Buna görə evinə getdim. Ondan 100 manat istədim. Məni içəri saldı, ayıb yerimə əl atdı. Dedi, soyunmuşam, gəl cinsi əlaqədə olaq. Mən isə həmin vaxt tələsdiyimi, cinsi əlaqədə olmaq istəmədiyini dedim. Bu vaxt məni döydü. Var-yox söyüşü söydüyü üçün əsəbləşdim. Onu bıçaqla vurdum".

Suallara cavab verən təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin qeyri-təbii yolla cinsi əlaqədə olmaq barədə deyilən hissləri təsdiqləməyib. Bildirib ki, o, Rəşidlə heç vaxt qeyri-təbii yolla cinsi əlaqədə olmayıb.

Daha sonra zərərçəkmiş Rəşid İmanovun hüquqi varisi qismində atası Rüstəm İmanov ifadə verib. O, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib. Bildirib ki, ailə üzvləri ağır vəziyyətdədir, onun özü də cavan oğlandır: "Buna görə də onun həbs edilməsini istəmirəm. Mən özüm də həbsdə olmuşam. Oranın vəziyyəti barədə məlumatım var. İstəmirəm ki, bu da orada qalsın.Bu hadisə mənim cəzamın bitməsinə 9 gün qalmış baş verib".

Hüquqi varis qeyd edib ki, həbsdən çıxandan 2 gün sonra onun bir qohumu ona 1000 manat pul verib: "Dedi, türmədən təzə çıxmısan. Ümumi 2200 manat pul veriblər bizə. Mən onu bağışlayıram, cavan uşaqdır".

Növbəti proses dekabrın 4-də davam edəcək.

Rəhim Əsədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 15 Noyabr 2024 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see207

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see196

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see186

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see159

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see159

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see157

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see147

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri