Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

“Balet günləri” Fikrət Əmirovun “Min bir gecə” baleti ilə açılıb

“Balet günləri” Fikrət Əmirovun “Min bir gecə” baleti ilə açılıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 16 oktyabr, Tatyana İvanayeva, AZƏRTAC

Bakıdakı Heydər Əliyev Sarayında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” tamaşasının nümayişi ilə genişmiqyaslı “Balet günləri” tədbirinin açılışı olub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Azərbaycanın Xalq artisti, dünyaşöhrətli opera müğənnisi Yusif Eyvazov AZƏRTAC-a verdiyi acılamada qeyd edib: “Teatrımızın bu il təqdim etdiyi yeni “Balet günləri” layihəsi bu sənəti sevənləri bir araya gətirmək üçün növbəti fürsətdir. Milli baletimizə yeni tamaşaçılar cəlb etmək üçün daha bir imkandır. Təkcə bu deyil...Bu, bizim solistlərə “Balet günləri”ndə ictimaiyyətin diqqətini məhz baletə yönəltmək imkanı verir”.

“Min bir gecə” baleti 1979-cu ildə bəstələnib. Elə həmin il ilk dəfə Azərbaycan Opera və Balet Teatrında tamaşaya qoyulub, 1980-ci ildə isə baletin yaradıcıları – bəstəkar, baletmeyster, dizayner və baş rəqqaslar SSRİ Dövlət Mükafatına layiq görülüblər. Əsrin dörddəbiri ərzində “Min bir gecə”nin Şərq incəliyi ardıcıl olaraq xoreoqrafların diqqətini cəlb edir, haqlı olaraq müasir balet klassikasına çevrilir. Balet bu gün də böyük səhnələrdə yüksək rəğbətlə ifa olunmağa davam edir.

“Min bir gecə” nağılları toplusu əsasında hazırlanan libretto Nailə Nəzirova, Maqsud və Rüstəm İbrahimbəyovlara məxsusdur.

Tamaşa axşamı dirijor pultunun arxasında Azərbaycanın Xalq artisti Cavanşir Cəfərov olub. Əsas partiyaları Əməkdar artistlər Anar Mikayılov (Şəhriyar) və Nigar İbrahimova (Şəhrizadə) ifa ediblər. Rəqs partiyalarında çıxış ediblər: Nuridə - Liya Praqa, Nuridənin sevimli qulu - Seymur Qədiyev, Sindbad - Timur Oduşev, Qız - Dinara Məmmədova, Ruh quşu - Andrey Lobaçev, Ələddin - Seymur Qədiyev, Budur - Nigar Əliyeva, Cadugər - Rüstəm Hacıyev, Cin – Faiq Qubadov, Mərcanə - Liana Berianidze, Quldurbaşı – İslam Məmmədov, Əli-baba – Aydın Mustafayev.

Qeyd etmək lazımdır ki, Azərbaycan baletinə həsr olunan bu layihə ölkəmizdə ilk dəfədir keçirilir. Yusif Eyvazov qeyd edib: “Biz artıq “Opera günləri” keçirmişik. Onlar böyük uğur idi və biz gördük ki, bu cür layihələr sadəcə həyata keçirilmir, onlar həm də böyük maraq doğurur. Ona görə də biz bu layihəni gələcəkdə də davam etdirəcəyik və əlbəttə ki, məqsədimiz gənc nəsil tamaşaçılar arasında bu sənətə diqqəti mümkün qədər daha çox cəlb etməkdir. Çünki biz bu janrın hər şeydən üstün olduğuna inanırıq. Bu, gənc nəslin mədəni inkişafı üçün olduqca vacibdir, həmçinin istənilən ölkədə müasir cəmiyyətin mühüm tərkib hissəsidir. Klassik musiqi hər zaman ön planda olmalıdır. İstənilən cəmiyyətdə. İstənilən ölkə üçün bu, təhsil, səhiyyə və mədəniyyətə əsaslanan ahəngdar sosial inkişafın ən mühüm komponentlərindən biridir. Burada söhbət çox sadədir və hesab edirəm ki, bizim gənc nəslə, bu tədbirlərə gələn tamaşaçılara hansı mesajı çatdırmaq istədiyimiz tam aydındır. Bu tədbirlərin, layihələrin yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni etməyə çalışacağıq. Artistlərimiz hazırlaşır və gələcəkdə belə layihələrin daha çox olması üçün əlimizdən gələni edəcəyik və onları həyata keçirməkdən məmnun olardıq”.

Oktyabrın 15-dən noyabrın 11-dək keçirilməsi planlaşdırılan tədbirlər silsiləsində milli balet sənətinin ən diqqətçəkən nümunələrinin nümayişi, tanınmış balet artistlərinin iştirakı ilə ustad dərsləri, akademik konfrans və ictimai müzakirələr olacaq.

“Balet günləri” layihəsi akademik baletin klassik irsini müasir bədii yanaşmalarla birləşdirmək və milli mədəni dəyərlərə yeni nəfəs vermək məqsədi daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see273

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see252

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see250

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see248

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see215

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see199

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see182

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see179

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see168

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see167

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see167

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see166

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see157

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see153

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see140

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see140

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see138

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri