Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Fikrət Əmirovun “Kor ərəbin mahnısı” yenə oğurlandı VİDEO

Fikrət Əmirovun “Kor ərəbin mahnısı” yenə oğurlandı VİDEO

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənilərin Azərbaycan musiqisini oğurlaması azmış kimi, digər millətlər də zaman-zaman bəstələrimizə əl uzadırlar.

Bakıvaxtı.az-ın məlumatına görə, bu dəfə cənub qonşularımız musiqimizi mənimsəməyə cəhd edib. Belə ki, iranlı bəstəkar Peyman Soltani görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun bəstələdiyi “Kor ərəbin mahnısı”nı özəlləşdirib. O, mahnını “Tasnife Karun” adıyla “YouTube” kanalında da yerləşdirib.

İranda yaşaqan soydaşlarımız akıvaxtı.az-a bildiriblər ki, buna etiraz edənləri P.Soltani aşağılayır, onları sosial şəbəkələrdə bloklayır.

Qeyd edək ki, bu, “Kor ərəbin mahnısı”nın oğurlanması ilə bağlı ilk fakt deyil. Belə ki, bir neçə il əvvəl musiqi Belçika musiqiçiləri tərəfindən də mənimsənilmişdi.

Ozaman Əqli Mülkiyyət Agentliyinin ekspertləri tərəfindən aparılmış müvafiq araşdırma nəticəsində müəyyən edilib ki, Vardan Hovanissian və Emre Gültekin tərəfindən ifa olunub və “Karin” musiqi albomuna daxil edilib, həmçinin “YouTube” kanalında yerləşdirilmiş “Houcher” adlı musiqi əsəri Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi ilə üst-üstə düşür. Bu isə o deməkdir ki, “Houcher” musiqi əsəri plagiatdır və burada Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin adı “Houcher” adı ilə dəyişdirilərək təhrif edilib, eyni zamanda əsərin bəstəkarları kimi Vardan Hovanissian və Emre Gültekin göstərilib. Bununla Fikrət Əmirovun şəxsi və əmlak hüquqları kobud şəkildə pozulub.

Bununla yanaşı, Vardan Hovanissian və Emre Gültekin tərəfindən www.bandcamp.com saytının səhifələrində yerləşdirilmiş “Karin” musiqi albomuna daxil edilmiş əsərlər haqqında verilən məlumatda Fikrət Əmirovun adı göstərilməyib, “Kor ərəbin mahnısı” əsəri isə təhrif olunmuş “Houcher” adı ilə folklor nümunəsi kimi təqdim edilərək, aranjemançı kimi Vardan Hovanissian və Emre Gültekin göstərilib və bununla müəllifin şəxsi hüquqları pozulub. Digər tərəfdən, “Karin” musiqi albomu www.bandcamp.com saytında kommersiya məqsədilə yerləşdirildiyindən Fikrət Əmirovun əmlak hüquqları da pozulub.

“Houcher” musiqi əsəri haqqında verilən məlumatlardakı uyğunsuzluq da (özlərini bir halda müəllif-bəstəkar, digər halda aranjemançı kimi təqdim edirlər) bir daha sübut edir ki, Vardan Hovanissian və Emre Gültekin “Kor ərəbin mahnısı” əsərindən Fikrət Əmirovun müəllif hüquqlarını pozmaqla qeyri-qanuni istifadə ediblər.

Bu hərəkətlər milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Belçikanın üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin Vardan Hovanissian və Emre Gültekin tərəfindən pozulmasıdır. Belə ki, bu təşkilatın məqsədi “dövlətlərlə və istənilən digər təşkilatla əməkdaşlıq yolu ilə bütün dünyada əqli mülkiyyətin qorunmasına yardım etməkdən ibarətdir”. Həmçinin Azərbaycan və Belçikanın iştirakçısı olduqları “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır.

Görülən tədbirlər nəticəsində “Karin” musiqi albomunun istehsalçısı olan Belçikanın “Muziekpublique” şirkəti bəstəkarın ailəsinə məktub göndərərək yol verilən səhvə görə üzr istəyib. Bununla belə, “YouTube” kanalında yayımladıqları mahnıda musiqinin əsl müəllifinin Fikrət Əmirov adlı Azərbaycan bəstəkarı olduğunu qeyd etdilməyib.  Mahnı indi də anonim folklor nümunəsi kimi təqdim olunur.

Onu da bildirək ki, görkəmli bəstəkar Fikrət Əmirov musiqini Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələyib. 1956-cı ildə bəstələnən mahnının ilk ifaçısı Məmmədəli Əliyev olub. Sonrakı illərdə musiqini Şövkət Ələkbərova, Rəşid Behbudov, Gülağa Məmmədov, Alim Qasımov, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Faiq Ağayev, Eyyub Yaqubov, Babək Niftəliyev ifa ediblər.

Bakıvaxtı.az Əqli Mülkiyyət Agentliyinə istinadla bildirir ki, musiqi sonralar bir sıra Azərbaycan musiqi nəşrlərinə də daxil edilib, o cümlədən:

- Fikrət Əmirovun 1957-ci ildə çap olunmuş “Kor ərəbin mahnısı”;

- Fikrət Əmirovun 1977-ci ildə çap olunmuş “Mahnı (fortepiano ilə oxumaq üçün)”.

“Kor ərəbin mahnısı”, eyni zamanda, 1961-ci ildə çəkilmiş “Korun mahnısı” adlı qısametrajlı bədii filmdə Məmmədəli Əliyev tərəfindən səsləndirilib.

Onu da vurğulayaq ki,  “Kor ərəbin mahnısı” əsəri Fikrət Əmirovun 1963-cü il 12 iyun tarixli ərizəsi əsasında Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) qeydiyyata alınıb və müvafiq kataloqa daxil edilib.

Murad Məmmədli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Aprel 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see668

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see473

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see262

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see257

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see246

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see235

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see232

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see230

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see227

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see227

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see225

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see213

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see208

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see204

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see202

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see196

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see195

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see194

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see188

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri