Icma.az
close
up
RU
Balıq alarkən aldanmamaq üçün bunlara diqqət edin QİYMƏTLƏR

Balıq alarkən aldanmamaq üçün bunlara diqqət edin QİYMƏTLƏR

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az xəbər verir ki, bununla belə, bəzi risklər və fərqli balıq növləri arasındakı xüsusiyyətləri bilmək də vacibdir.

Market və bazarlarda təklif olunan balıqlar ya dəniz, çay balığı olur, ya da el arasında "damba" adlandırılan süni su hövzələrində böyüdülən balıqlar olur.

Bəzən vətəndaşlar balıq alarkən aldığı məhsulun hansına aid olmasında çətinlik çəkir. Bəs bunu necə fərqləndirmək olar? Ümumiyyətlə balığın hansı fayda və zərərləri ola bilər?
BAKU.WS mövzu ilə bağlı hazırladığı araşdırma aparıb və bunu izləyiciləri ilə bölüşmək qərarına gəlib.

Balıq yeməyin faydalarından danışsaq aşağıdakıları qeyd edə bilərik:

Ürək sağlamlığı: Omeqa-3 yağ turşuları ürək və damar sağlamlığını qoruyur. Balıq yemək xolesterol səviyyəsini aşağı salmağa, qan təzyiqini nizamlamaya və infarkt riskini azaltmağa kömək edir.

Beyin fəaliyyəti: Omeqa-3 yağ turşuları beyində sağlam hüceyrələrin yaranmasını dəstəkləyir, yaddaş və zehni qabiliyyətləri gücləndirir. Hamilə qadınların balıq yeməsi dölün beyin inkişafına da müsbət təsir edir.

Depressiya və stresin azaldılması: Tədqiqatlar göstərir ki, balıqda olan omeqa-3 yağ turşuları stress və depressiya əlamətlərini azaltmağa kömək edir.

Görmə qabiliyyəti: Balıqdakı A və D vitaminləri göz sağlamlığı üçün faydalıdır, görmə qabiliyyətini gücləndirir və yaşla bağlı göz xəstəliklərinin riskini azaldır.

İmmunitet sisteminin gücləndirilməsi: Balıqda olan vitamin və minerallar immunitet sistemini gücləndirir, xəstəliklərə qarşı müqaviməti artırır.
Balıq yemək insana bəzi hallarda zərərli ola bilər və bunları təqdim edirik:

Allergik reaksiyalar: Bəzi insanlarda balıq allergiyaya səbəb ola bilər. Xüsusilə uşaqlar və həssas bünyəli insanlar balıq qəbuluna diqqət yetirməlidirlər.

Pis keyfiyyətli və çirkli mühitlərdə böyüyən balıqlar: Təmiz olmayan sular və ya pis mühitdə yetişən balıqlarda toksinlər və mikroblar ola bilər ki, bu da qida zəhərlənmələrinə səbəb ola bilər.

Dəniz və süni hövzə balıqlarını belə ayırd etmək olar:

Dad və qoxu: Dəniz balıqları daha güclü və təbii dəniz qoxusuna malikdir, süni hövzə balıqları isə daha neytral, hətta bəzən xoşagəlməz qoxuya sahib ola bilər.

Görünüş və rəng: Dəniz balıqları ümumiyyətlə daha parlaq və canlı rəngdə olur, süni balıqlar isə solğun və ya açıq rəngdədir.
Qeyd edək ki, dəniz balıqlarını digər balıqlardan fərqləndirmək üçün ən əsas məsələ onların saxlanma şəraitidir. Əgər market və bazarlarda hansı qablarda balıqların suda saxlanmasını görürsünüzsə, deməli həmin balıqlar dənizdən tutulmayıb. Çünki dəniz suyu şor olduğu və balıqlar buna öyrəşdiyi üçün şirin suda sağ qalmaq ehtimalları olmur.

Hazırda Azərbaycanda satışda olan balıqlar arasında ən bahalı növ məhz Nərələrdir. Onların 1 kiloqramının qiyməti isə 60-75 AZN arasında dəyişir. Digər qiymətinə görə fərqlənən isə Qızılbalıqlardır ki, 1 kiloqramı 35-40 AZN-ə satılır.

Bazarda ən çox satılan balıqlar isə bunlardır: Alabalıq (forel) - 11-16 AZN, Ağ balıq (beluqa) - 25-30 AZN, Sazan - 7.50-9 AZN, Kütüm - 9 AZN.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Noyabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see210

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see198

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see168

Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

02 Sentyabr 2025 15:25see167

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see155

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see141

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see135

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see134

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see134

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see127

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see127

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see124

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see123

Kamçatkada 6 ballıq zəlzələ oldu

02 Sentyabr 2025 16:12see123

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see123

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see122

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see120

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see120

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see120

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri