Icma.az
close
up
RU
Balıq məhsullarının satışı üzrə yeni bazarlar təşkil ediləcək Qiymətlər enəcək?

Balıq məhsullarının satışı üzrə yeni bazarlar təşkil ediləcək Qiymətlər enəcək?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda balıqçılıq sektorunda ciddi yeniliklər gözlənilir. Bu sahənin dövlət tərəfindən tənzimlənməsi Kənd Təsərrüfatı Nazirliyinə (KTN) həvalə edilib. Nazirliyin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxs yaradılacaq. Bu yenilik Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda öz əksini tapıb.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

İxtisaslaşmış bazarlar yaradılacaq

Fərmana əsasən, Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkil edilməsi nəzərdə tutulur. Belə ki, KTN şəhərlərdə və Xəzər dənizi sahillərində (Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub bölməsinin sahilboyu 20-50 metrlik zolağının altındakı torpaq sahələri istisna olmaqla) balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini təşkil etməli, ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemini aidiyyəti dövlət orqanlarını ilə razılaşdırmaqla müəyyən etməlidir.

Dövlət balıq istehsalçılarına dəstək verəcək

Yeniliklər balıqçılıq sahəsinə nəzarətin və tənzimləmənin KTN-ə həvalə edilməsi ilə bitmir. Fərmandan aydın olur ki, balıqçılıq kənd təsərrüfatı məhsullarının istehsalı və emalına aid ediləcək. Eləcə də, bu sahəyə dövlət dəstəyinin verilməsi nəzərdə tutulub. Nazirlər Kabinetinə Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, balıqçılığın kənd təsərrüfatı məhsullarının istehsalı və emalına aid edilməsi, habelə bu sahədə dövlət dəstəyi mexanizmlərinin tətbiqi ilə bağlı təkliflər hazırlayaraq Prezidentə təqdim etmək tapşırılıb.

Bəs görəsən, bu fərman balıqçılıq sahəsində nəyi dəyişəcək? Yeni sənəddən gözləntilər nədən ibarətdir?

Qiymətlər enəcək

"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Zaur Salmanlının fikrincə, bu fərman Azərbaycanın balıqçılıq tarixində yeni bir səhifənin açılmasına imkan yaradacaq: "Biz dəfələrlə müvafiq dövlət orqanlarına müraciət edərək bildirirdik ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da balıqçılıq sahəsi kənd təsərrüfatı sahəsinə aid edilməlidir. Bu sənədlə ilk növbədə balıqçılıq sahəsinin sahibi müəyyənləşdirilib. Tam məntiqli olaraq balıqçılığın dövlət tərəfindən tənzimlənməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib. Fərmanla nazirliyin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsin yaradılması nəzərdə tutulub. Hesab edirik ki, bu, olduqca mütərəqqi addımdır və yaxın üç ildə bunu hər bir ölkə vətəndaşı hiss edəcək. Bazarlara hər bir Azərbaycan vətəndaşının əlinin çatacağı qiymətdə balıq və balıq məhsulları təqdim olunacaq".

Z.Salmanlının sözlərinə görə, bazarlarda çeşidin artması qiymətlərin azalmasına gətirib çıxaracaq: "Bu sənəd daxili istehsalımızın artmasına səbəb olacaq. Azərbaycanda daxili bazarın diri və soyudulmuş balıq seqmentində bir çox növlərin, məsələn, çəkikimilərin, nərəcinsli balıqların, hətta soyuq su balıqları olan qızılbalıqkimilərin, o cümlədən əlvan forelin yetişdirilməsi üzrə rəqabətə davamlı məhsul istehsal etmək mümkündür".

"İxrac imkanları genişlənəcək"

Sədr həmçinin deyib ki, balıqçılıq sənayesinin subsidiyalaşması ixrac imkanlarını genişləndirəcək: "Bu gün dövlətin kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətlərinə verdiyi dəstək sayəsində əsasən bağçılıq, fındıqçılıq, tərəvəzçilik sahəsində ciddi ixrac, istehsalat artımı formalaşır. Təəssüf ki, balıqçılıq sənayesi dövlətin dəstəyindən yararlana bilmirdi. Artıq sözügedən fərmanla bu sahə də dövlətdən dəstək ala biləcək. Nəticədə yaxın zamanda istehlakçılar öz süfrələrində sağlam, keyfiyyətli, ekoloji cəhətdən təmiz yerli istehsal olan balıq məhsullarını görə biləcəklər".

Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların yaradılmasına gəlincə, mütəxəssis bu istiqamətdə Türkiyə təcrübəsindən yararlanmağı məqsədəuyğun sayır: "Biz bu məsələni ətraflı şəkildə yeni yaradılacaq Mərkəzin səlahiyyətli şəxsləri ilə müzakirə etməyi planlaşdırırıq. Burada çox önəmli Türkiyə təcrübəsi var, onlarda bu tip bazarlar "hali"lar adlanır. Belə satış mərkəzləri həm keyfiyyətə nəzarətə, həm uçotun təşkilinə, həm də subsidiya mexanizminin daha şəffaf şəkildə həyata keçirilməsinə imkan verir".

"Balıqartırma zavodlarının fəaliyyəti bərpa edilməlidir"

Balıqçılar İttifaqının sədri Əfqan Əliyevin qənaətincə, sözügedən fərman bu sahədə idxaldan asılılığımızı əhəmiyyətli dərəcədə azalda bilər: "İndiyədək balıqçılıq sahəsində qeyri-müəyyənlik hökm sürürdü. Nəticədə, yerli istehsal mövcud tələbatın heç 10 faizini qarşılamırdı. Düzdür, son illər istehsal nisbətən artmışdı, amma bazarlar yenə də idxaldan asılı vəziyyətdə idi. Əslində Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada balıqçılığı inkişaf etdirmək üçün fəsil gözləmək lazım deyil. Məsələn, Rusiyada balıqçılığın inkişafı üçün yaz fəslini gözləyirlər. Bizdə isə belə bir problem yoxdur. Sadəcə, bu sahəni düzgün və sistemli şəkildə inkişaf etdirmək üçün konkret mexanizm olmalıdır. Eyni zamanda, balıqartırma zavodlarının fəaliyyəti bərpa edilməlidir".

"Bu sahəni bərpa etmək elə də asan olmayacaq"

İqtisadçı-ekspert Akif Nəsirli balıqçılıq sahəsinin gələcəyi ilə bağlı o qədər də nikbin deyil. Onun fikrincə, ölkədə balıqçılıq sənayesini bərpa etmək heç də asan olmayacaq: "Bu gün Azərbaycanda təbii balıq tapmaq çətin məsələyə çevrilib. Bütün satış məntəqələrində ancaq vətəgədə süni şəkildə yetişdirilmiş balıqlar satılır. Bunun da bir çox səbəbləri var. Ən əsas səbəbsə ekoloji faktordur. Son 50 ildə Xəzər dənizinin, Kür və Araz çaylarının kəskin şəkildə çirklənməsi digər sahələrlə yanaşı, balıqçılığa da ciddi xələl gətirib".

Ekspert vurğulayıb ki, bu səbəblərdən balıqlar dənizin dərinliklərinə çəkilib: "Əvvəllər dənizdəki balıqlar kürü tökmək üçün Kürün deltasından üzü yuxarı üzürdülər. Amma bu gün belə hal yoxdur. Çay girişləri bloklanıb, suyu azalıb. Heç bir normativə əməl olunmadan çay suları əkin-biçinə, süni balıq göllərinə yönləndirildiyindən balıqların miqrasiyasında problemlər var. İkinci səbəb Kür və Araz çaylarında və eləcə də Xəzərdə suyun azalmasıdır. Bu ekoloji fəlakət səbəbindən dayaz, su axını zəif olan Kür və Arazda balıq demək olar ki, yoxa çıxıb. Üçüncüsü, qeyri-sənaye üsulu ilə ovlama balıqların azalmasına səbəb olub. Çox təəssüf ki, balığın nə zaman və necə ovlamaq lazım olduğunu çoxlarımız bilmirik. Ona görə də, ümid vətəgə balıqlarına qalıb".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Fevral 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see408

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see295

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see235

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see122

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri