Icma.az
close
up
RU
Qiymətlər enəcək? KONKRET

Qiymətlər enəcək? KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda balıqçılıq sektorunda ciddi yeniliklər gözlənilir. Bu sahənin dövlət tərəfindən tənzimlənməsi Kənd Təsərrüfatı Nazirliyinə (KTN) həvalə edilib. Nazirliyin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs yaradılacaq. Bu yenilik Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda öz əksini tapıb.

KONKRET.az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Fərmana əsasən, Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkil edilməsi nəzərdə tutulur. Belə ki, KTN şəhərlərdə və Xəzər dənizi sahillərində (Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub bölməsinin sahilboyu 20-50 metrlik zolağının altındakı torpaq sahələri istisna olmaqla) balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini təşkil etməli, ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemini aidiyyəti dövlət orqanlarını ilə razılaşdırmaqla müəyyən etməlidir.

Yeniliklər balıqçılıq sahəsinə nəzarətin və tənzimləmənin KTN-ə həvalə edilməsi ilə bitmir. Fərmandan aydın olur ki, balıqçılıq kənd təsərrüfatı məhsullarının istehsalı və emalına aid ediləcək. Eləcə də, bu sahəyə dövlət dəstəyinin verilməsi nəzərdə tutulub. Nazirlər Kabinetinə Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, balıqçılığın kənd təsərrüfatı məhsullarının istehsalı və emalına aid edilməsi, habelə bu sahədə dövlət dəstəyi mexanizmlərinin tətbiqi ilə bağlı təkliflər hazırlayaraq Prezidentə təqdim etmək tapşırılıb.

Bəs görəsən, bu fərman balıqçılıq sahəsində nəyi dəyişəcək? Yeni sənəddən gözləntilər nədən ibarətdir?

“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin sədri Zaur Salmanlının fikrincə, bu fərman Azərbaycanın balıqçılıq tarixində yeni bir səhifənin açılmasına imkan yaradacaq: “Biz dəfələrlə müvafiq dövlət orqanlarına müraciət edərək bildirirdik ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da balıqçılıq sahəsi kənd təsərrüfatı sahəsinə aid edilməlidir. Bu sənədlə ilk növbədə balıqçılıq sahəsinin sahibi müəyyənləşdirilib. Tam məntiqli olaraq balıqçılığın dövlət tərəfindən tənzimlənməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib. Fərmanla nazirliyin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin yaradılması nəzərdə tutulub. Hesab edirik ki, bu, olduqca mütərəqqi addımdır və yaxın üç ildə bunu hər bir ölkə vətəndaşı hiss edəcək. Bazarlara hər bir Azərbaycan vətəndaşının əlinin çatacağı qiymətdə balıq və balıq məhsulları təqdim olunacaq”.

Z.Salmanlının sözlərinə görə, bazarlarda çeşidin artması qiymətlərin azalmasına gətirib çıxaracaq: “Bu sənəd daxili istehsalımızın artmasına səbəb olacaq. Azərbaycanda daxili bazarın diri və soyudulmuş balıq seqmentində bir çox növlərin, məsələn, çəkikimilərin, nərəcinsli balıqların, hətta soyuq su balıqları olan qızılbalıqkimilərin, o cümlədən əlvan forelin yetişdirilməsi üzrə rəqabətə davamlı məhsul istehsal etmək mümkündür”.

Sədr həmçinin deyib ki, balıqçılıq sənayesinin subsidiyalaşması ixrac imkanlarını genişləndirəcək: “Bu gün dövlətin kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətlərinə verdiyi dəstək sayəsində əsasən bağçılıq, fındıqçılıq, tərəvəzçilik sahəsində ciddi ixrac, istehsalat artımı formalaşır. Təəssüf ki, balıqçılıq sənayesi dövlətin dəstəyindən yararlana bilmirdi. Artıq sözügedən fərmanla bu sahə də dövlətdən dəstək ala biləcək. Nəticədə yaxın zamanda istehlakçılar öz süfrələrində sağlam, keyfiyyətli, ekoloji cəhətdən təmiz yerli istehsal olan balıq məhsullarını görə biləcəklər”.

Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların yaradılmasına gəlincə, mütəxəssis bu istiqamətdə Türkiyə təcrübəsindən yararlanmağı məqsədəuyğun sayır: “Biz bu məsələni ətraflı şəkildə yeni yaradılacaq Mərkəzin səlahiyyətli şəxsləri ilə müzakirə etməyi planlaşdırırıq. Burada çox önəmli Türkiyə təcrübəsi var, onlarda bu tip bazarlar “hali”lar adlanır. Belə satış mərkəzləri həm keyfiyyətə nəzarətə, həm uçotun təşkilinə, həm də subsidiya mexanizminin daha şəffaf şəkildə həyata keçirilməsinə imkan verir”.

Balıqçılar İttifaqının sədri Əfqan Əliyevin qənaətincə, sözügedən fərman bu sahədə idxaldan asılılığımızı əhəmiyyətli dərəcədə azalda bilər: “İndiyədək balıqçılıq sahəsində qeyri-müəyyənlik hökm sürürdü. Nəticədə, yerli istehsal mövcud tələbatın heç 10 faizini qarşılamırdı. Düzdür, son illər istehsal nisbətən artmışdı, amma bazarlar yenə də idxaldan asılı vəziyyətdə idi. Əslində Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada balıqçılığı inkişaf etdirmək üçün fəsil gözləmək lazım deyil. Məsələn, Rusiyada balıqçılığın inkişafı üçün yaz fəslini gözləyirlər. Bizdə isə belə bir problem yoxdur. Sadəcə, bu sahəni düzgün və sistemli şəkildə inkişaf etdirmək üçün konkret mexanizm olmalıdır. Eyni zamanda, balıqartırma zavodlarının fəaliyyəti bərpa edilməlidir”.

İqtisadçı-ekspert Akif Nəsirli balıqçılıq sahəsinin gələcəyi ilə bağlı o qədər də nikbin deyil. Onun fikrincə, ölkədə balıqçılıq sənayesini bərpa etmək heç də asan olmayacaq: “Bu gün Azərbaycanda təbii balıq tapmaq çətin məsələyə çevrilib. Bütün satış məntəqələrində ancaq vətəgədə süni şəkildə yetişdirilmiş balıqlar satılır. Bunun da bir çox səbəbləri var. Ən əsas səbəbsə ekoloji faktordur. Son 50 ildə Xəzər dənizinin, Kür və Araz çaylarının kəskin şəkildə çirklənməsi digər sahələrlə yanaşı, balıqçılığa da ciddi xələl gətirib”.

Ekspert vurğulayıb ki, bu səbəblərdən balıqlar dənizin dərinliklərinə çəkilib: “Əvvəllər dənizdəki balıqlar kürü tökmək üçün Kürün deltasından üzü yuxarı üzürdülər. Amma bu gün belə hal yoxdur. Çay girişləri bloklanıb, suyu azalıb. Heç bir normativə əməl olunmadan çay suları əkin-biçinə, süni balıq göllərinə yönləndirildiyindən balıqların miqrasiyasında problemlər var. İkinci səbəb Kür və Araz çaylarında və eləcə də Xəzərdə suyun azalmasıdır. Bu ekoloji fəlakət səbəbindən dayaz, su axını zəif olan Kür və Arazda balıq demək olar ki, yoxa çıxıb. Üçüncüsü, qeyri-sənaye üsulu ilə ovlama balıqların azalmasına səbəb olub. Çox təəssüf ki, balığın nə zaman və necə ovlamaq lazım olduğunu çoxlarımız bilmirik. Ona görə də, ümid vətəgə balıqlarına qalıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Fevral 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see330

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see318

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see314

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see307

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see305

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see275

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see269

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see231

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see223

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see210

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see205

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see203

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see200

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see182

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see169

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see166

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see165

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

13 Oktyabr 2026 18:34see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri