Icma.az
close
up
RU
Balıqçıların sevimli mövsümü başladı Salyandan reportaj

Balıqçıların sevimli mövsümü başladı Salyandan reportaj

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Salyan. 1 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Azərbaycan ərazisində bu gündən balıq ovuna rəsmi icazə verilib.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovuna Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında balıq ovuna moratorium sentyabrın 1-də başa çatıb.

Salyan rayon sakini, həvəskar balıqçı Aqil Şükürlü bildirir ki, bu, balıqçıları olduqca sevindirir. O, bu gün səhər ləvazimatlarını götürərək, balıq ovuna yollanıb:“Həvəskar balıqçıyam. Gözümü açandan atam balıqçılıqla məşğuldur. Dörd ay əvvəl balıq ovuna qadağa qoyulmuşdu. Artıq bu qadağa aradan qaldırılıb. Bu, sevindiricidir. Əsas Kür çayında, Şirvan və Mil-Muğan kanallarında balıq ovlayıram”.

Aqil Şükürlü deyir ki, balıq ovunda diqqətli olmaq lazımdır:“4-5 kiloqrama qədər balıq tutmaq olar. Ondan artıq isə yox. Balıqçılara sözüm odur ki, balığı vaxtında tutaq, kürü verən vaxtı ovlamayaq”.

Ekspert Allahverdi Piriyevin sözlərinə görə, ova qadağanın qoyulması balığın artırılması üçün çox vacibdir. Sentyabrın 1-dən qadağanın götürülməsi isə balığın kürüləməsinin bitməsi anlamına gəlir:“Təbiətə, ekologiyaya ciddi nəzarət olunması balıqların inkişafına, onların kürü töküb-çoxalmasına imkan verir. Bu da çayların, göllərin resursları üçün böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, balıq ovlayanlar da israfçılığa yol verməməlidirlər. Balıqları müvafiq qaydalara uyğun ovlamalıdırlar”.

Qeyd edək, balıq və digər su bioresursları ilə bağlı ov qaydalarının pozulmasına görə İnzibati Xətalar və Cinayət məcəllələrində məsuliyyət nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri