Icma.az
close
up
RU
Ballıca və Xanyurduda torpaqlarla bağlı müraciətlər davam edir

Ballıca və Xanyurduda torpaqlarla bağlı müraciətlər davam edir

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Kənd Təsərrüfatı Nazirliyi Xocalı rayonunun Ballıca və Xanyurdu kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı məlumatlandırma sessiyalarına davam edir.

“Qafqazinfo” xəbər verir ki, məlumatlandırma sessiyaları torpaqların əkin məqsədli istifadəyə verilməsinin şərtləri və tələbləri barədə Ballıca və Xanyurdu sakinlərinin maarifləndirilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbulu prosesinin sürətləndirilməsi məqsədi daşıyır.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti məlumatlandırma sessiyaları çərçivəsində Xocalı rayonunun hər iki kəndinin sakinləri ilə görüşüb. Görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul şəxsləri, Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Ballıca və Xanyurdu kəndlərinin sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assossiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Leyli Ağayeva bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilk dəfə Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilib və artıq analoji prosesin Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində həyata keçiriləcək. O, torpaqların əkin məqsədli icarəyə verilməsinin Azərbaycan Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçirildiyini xatırladıb. Şöbə müdiri əlavə edib ki, kənddə məskunlaşan əhalidən müraciətlərin qəbulu sentyabrın 15-dək davam edəcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin nümayəndələri çıxış edərək Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərinin sakinlərinə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli güzəştli şərtlərlə icarəyə verilməsini müsbət dəyərlənirib, bu prosesin kənd sakinlərinin daha geniş səviyyədə kənd təsərrüfatı ilə məşğul olmasına və sosial həyat səviyyəsinin yüksəldilməsinə öz müsbət təsirini göstərəcəyini deiyblər.

Daha sonra kənd sakinlərinə Ballıca və Xanyurdu kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün EKTİS vasitəsilə müraciətlərin qəbulu qaydaları, şərtlər və tələblər barədə təqdimatlar edilib, sakinlərin sualları cavablandırılıb.

Tədbirin sonunda Xocalı rayonunun Ballıca kəndi sakinlərinin bilik və bacarıqlarının artırılması, eləcə də innovativ yanaşmaların tətbiq edilməsi məqsədilə keçirikən təlimlərin yekun qiymətləndirilməsi aparılıb. Təlimlərdə iştirak edən sakinlərə müvafiq sertifikatlar təqdim olunub.

Aqrar Xidmətlər Agentliyinin Təlim Mərkəzinin əməkdaşları tərəfindən keçirilən təlimlərdə iştirak edən fermerlərə kooperativlərin yaradılması, birgə fəaliyyətin fermerlər üçün üstünlükləri, kooperativlərə dövlət dəstəyi mexanizmləri, bitkiçilik, əkinçilik, tərəvəzçilik və meyvəçilik sahələri, kənd təsərrüfatı texnikalarından səmərəli istifadə, müasir suvarma sistemləri, səmərəli təsərrüfatların təşkili, fermerlər üçün dövlət dəstək mexanizmləri, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, iqlim dəyişkənliyinin təsərrüfata təsirləri, işğaldan azad olunmuş ərazilərdə davranış qaydaları ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, növbəti mərhələdə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə ayrılması üçün müraciət edən Ballıca və Xanyurdu sakinləri ilə müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.









Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri