Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Maskın raketi suya düşərək partladı Video

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

Ballıcaya xoş gəldiniz, müzəffər Prezidentimiz!

Ballıcaya xoş gəldiniz, müzəffər Prezidentimiz!

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət başçısının kənd sakinləri ilə görüşü unudulmaz tarixə çevrildi

Bir neçə gün idi Xocalı rayonunun Ballıca kəndində bayram əhval-ruhiyyəsi hökm sürürdü. Vətən həsrəti ilə keçən 33 ildən sonra məcburi köçkün həyatları ilə vidalaşıb yenidən doğma yurdlarına qovuşmuş sakinlər sevinc və həyəcan içində onlara bu xoşbəxt günləri yaşadan müzəffər Ali Baş Komandanın, Prezident İlham Əliyevin gəlişinə hazırlaşırdılar. Hamı intizarla dövlət başçısını gözləyir və əmin idi ki, hər bir azərbaycanlının Prezidenti xocalılıları yeni evlərində daimi məskunlaşmaları münasibətilə təbrik etmək, bu xoş günlərdə hər zamankı kimi onların yanında olmaq üçün kəndin ən əziz qonağı olacaq.

Uşaqdan böyüyə bütün kənd sakinlərinin yaddaşında əbədi iz buraxacaq, unudulmaz tarixə çevriləcək görüş fevralın 19-da baş tutdu. Dövlət başçısı Ballıcada fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldu, kəndə köçən bir qrup sakinlə görüşdü. Xoş ab-havada, səmimi şəraitdə keçən görüşdə sakinlərin hər biri Qarabağımızı azad etmiş, Azərbaycanı qalib ölkəyə çevirmiş böyük sərkərdəyə ürəkdən minnətdarlığını bildirir, ağsaqqallar, ağbirçəklər möhtərəm Prezidenti bağrına basaraq ona sevgilərini ifadə edirdilər. Dövlət başçısının səmimiyyəti, hamının üzündə təbəssüm yaradan “dəmir yumruq” zarafatı, kənd əhalisinin məişət qayğılarına həssas münasibəti, Ballıca torpağının məhsuldarlığı, sakinlərin maldarlıqla, əkinçiliklə məşğul olub-olmamaları ilə yaxından maraqlanması isə görüşü daha unudulmaz etdi. Bu görüş, eyni zamanda, yenidən qurulan, bərpa edilən yurd yerlərimizə Böyük Qayıdışın daha bir möhtəşəm nümunəsi, azad Qarabağdan dünyaya verilmiş növbəti zəfər mesajı idi.

Azərbaycan Prezidentinin səfərindən dərhal sonra “Xalq qəzeti”nin Qarabağ bürosu olaraq Ballıca sakinləri ilə görüşdük, onların təəssüratları ilə tanış olduq. Dövlət başçısının Ballıcaya gəlişinə ən çox sevinənlər arasında Quliyevlər ailəsi, sözsüz, ilk sıralardadır. Çünki Prezident İlham Əliyev kənddə fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq məqsədilə məhz bu ailənin qonağı oldu, ailə üzvləri ilə çay süfrəsi arxasında səmimi söhbət etdi. Elə biz də ilk olaraq Manaf Quliyevin və övladlarının yaşadığı evə baş çəkdik. Dördotaqlı, yeni təmir olunmuş evdə hələ də əziz qonağın gəlib-getməsinin xoş həyəcanı hökm sürürdü. 87 yaşlı Manaf Quliyev bizimlə söhbətində ən böyük arzusunun reallığa çevrildiyini, özünü çox xoşbəxt hiss etdiyini dedi:

– O qədər sevindim, o qədər sevindim ki, bu sevinci başqa heç nə əvəz edə bilməz. Çünki əziz Prezidentimiz İlham Əliyev evimizin qonağı oldu. Onu üzbəsurət görmək, qucaqlayıb bağrıma basmaq, ürək sözlərimizi demək, minnətdarlığımızı bildirmək ən böyük arzum idi. Daha bundan sonra ölsəm də, dərdim yoxdur.

Çox xoşbəxtəm ki, bu yaşımda azad Qarabağa qayıtmaq, burada yaşamaq mənə qismət olub. Elə bilirəm dünyaya təzə gəlmişəm. Dünyada torpaqdan şirin nə ola bilər? Doğulduğun torpaq, Vətən övladdan da şirindir. Bu gün öz Vətənimdəyəm. Buna görə də xoşbəxtliyimin həddi-hüdudu yoxdur.

M.Quliyev bildirdi ki, bir vaxtlar tez-tez yuxularında gördüyü ata-baba yurduna qayıdacağına inamını heç zaman itirməyib. Ümummili liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə bu inamı daha da möhkəmlənib:

– Dövlət başçımızla söhbətimdə də dedim ki, əgər Qarabağ hadisələri başlayan zaman Heydər Əliyev Azərbaycanda olsaydı, torpaqlarımızın işğal edilməsinə heç vaxt imkan verməzdi. Ancaq mən həmişə inanmışam. İnanmışam ki, Ulu öndərin oğlu, bizim möhtərəm Prezidentimiz torpaqlarımızı düşmən tapdağından azad edəcək. Həmişə harada söhbət düşürdüsə, toyda, yasda, deyirdim geci-tezi var, dövlətimizin başçısı ermənilərdən torpağımızı geri alacaq.

Söhbətimizə Manaf kişinin oğlu Məmməd Quliyev də qoşuldu. Bildirdi ki, məcburi köçkün düşəndə 17 yaşı olub, bu gün isə 3 övladı ilə azad Qarabağa qayıdıb:

– Bundan gözəl nə ola bilər ki, həm insanın həsrətində olduğu torpağını alalar, həm də belə rahat, təmirli ev verələr ki, yaşa! Hələ üstəlik də, ölkə Prezidenti şəxsən evinə gələ, şəraitinlə maraqlana. Bu, mənim üçün çox gözlənilməz olsa da, ən böyük arzum idi. İndi görün, mən nə qədər xoşbəxt insanam!

Ballıcada yaşamağımız üçün bizə hər cür şərait yaradılıb. Hər an dövlətimizin qayğısını hiss edirik. Özümün şəxsi təsərrüfatım var. Həm maldarlıqla, həm də arıçılıqla məşğulam. Üstəlik, satış məntəqəsi ilə də təmin edilmişəm. Yəni özümüz istehsal etdiyimiz məhsulları satıb dolanırıq. Allah torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Allahın bu günlərinə şükür!

Quliyevlər ailəsi ilə sağollaşdıqdan sonra dövlət başçısı ilə görüşdə iştirak etmiş ballıcalılardan bir neçəsi ilə həmsöhbət olub onlardan hansı hisslər keçirdiklərini soruşduq.

Qürbət Hümbətov (müəllim):

– Hörmətli Prezidentimizin gəlişi bizə böyük sevinc bəxş etdi. Onunla görüşümüz çox səmimi, mehriban bir şəraitdə keçdi. Dövlət başçısı azad Qarabağa qayıdışımız münasibətilə bizi təbrik edərək vurğuladı ki, bütün keçmiş məcburi köçkünlər növbəli şəkildə öz ata-baba yurdlarına qayıdacaqlar. Mən bu görüş üçün, bizimlə bu qədər dərindən maraqlandığı üçün cənab Prezidentə təşəkkür etmək istəyirəm. Arzum budur ki, belə xoşbəxt günləri yaşamaq tezliklə bütün arzulayanlara qismət olsun!

Pərviz Həbibi (dövlət qulluqçusu):

– Cənab Prezidentin bizə xüsusi qayğısı və diqqəti çox təqdirəlayiqdir. Qürur duyuruq ki, dövlət başçısı bizi ata-baba torpaqlarına qaytarıb, burada bizə hər şərait yaradılıb, üstəlik, hər zaman bizim yanımızdadır. Görüş biz gənclər üçün xüsusilə əlamətdar oldu. Çünki müzəffər Ali Baş Komandan Böyük Qayıdış prosesində gənclərin fəallığından məmnunluqla bəhs etdi. Bu isə bizim üçün həm fəxrdir, həm də böyük məsuliyyət. Bundan sonra da Vətənimizin, dövlətimizin gələcəyi naminə üzərimizə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışacağıq. Dövlət başçımızla görüş isə mənim yaddaşımda əbədi iz buraxdı.

Kamal Məmmədov (təqaüdçü):

– Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimizlə görüş təsəvvür etdiyimizdən də gözəl və möhtəşəm keçdi. O şeylərin ki, necə baş verməsini, necə reallaşmasını insan zəkası dərk edə bilmir, onu möcüzə kimi qarşılayırıq. Mən Prezidentimizin torpaqlarımızı işğaldan azad etməsini, onun bu hünərini, göstərdiyi bu igidliyini möcüzə kimi qiymətləndirirəm.

78 yaşım var. Ömrümün 32 ilini yurddan-yuvadan ötrü göz yaşı tökərək Vətən üçün ağlayaraq keçirmişəm. Ancaq indi bizə Qarabağın bu gözəl guşəsində, Ballıcada yaşamaq, yenidən doğma yurdun təmiz havasını udmaq, saf sularından içmək qismət olub. Bütün bunlar üçün dövlət başçımıza minnətdarıq. Onunla görüş isə sevincimizə sevinc qatdı, bizim üçün ən xoş xatirəyə çevrildi. Allah Prezidentimizi qorusun! Bir ağsaqqal kimi bütün sakinlər adından demək istəyirəm ki, Ballıcaya xoş gəldiniz, əziz Prezidentimiz!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

28 Sentyabr 2026 02:24see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri