Icma.az
close
up
RU
Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef?

Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef?

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya göstərir ki, Ukraynanın avropalı tərəfdaşları dayanmasalar bu ölkələrin bəzi şəhərlərini vuracaqlar

Noyabrın 21-də səhər saatlarında Rusiya başqa silahlarla yanaşı, Ukrayna üzərindən qitələrarası ballistik raket buraxaraq Dnepr şəhərinə hücum etdi. Bu, RS-26 “Rubej” olub, yoxsa başqa bir qitələrarası ballistik raket o qədər də vacib deyil. Hər halda belə silahdan istifadə ilk dəfə baş verib.

Kimsə bunu artıq “nüvə hücumu məşqi” adlandırsa da, xatırlatmaq istəyirəm ki, istənilən raket nüvə yükü daşıya bilər. Bunun üçün qitələrarası olandan istifadə etmək lazım deyil. Nüvə yükü raketin yalnız ikinci döyüş başlığıdır.

Ruslar niyə qitələrarası ballistik raketdən istifadə etdilər, bununla nə demək istəyirlər? Məncə, onların məqsədi bizə yox, tərəfdaşlarımıza, yəni ki, Qərbə daha çox təzyiq göstərməkdir. Ruslar nəyə qadir olduqlarını göstərmək istəyirlər. Xatırladım ki, Rusiya Prezidenti, əslində Rusiya diktatoru Vladimir Putin noyabrın 20-də nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı sənədə imza atdı. Putin təsdiq etdi ki, Ukraynanın tərəfdaşlarının silahlarından Rusiya Federasiyası ərazisinə qarşı istifadəyə cavab veriləcək. Kreml deyir ki, Ukraynaya silah verən ölkələri artıq münaqişə tərəfidirlər. Yəni söhbət istənilən tərəfdaşlardan gedir - həm ABŞ, həm də Avropadan. Xüsusilə, söhbət Fransa və Böyük Britaniyadan gedir. Axı Rusiyanın indi Ukraynaya atdığı ballistik raket ABŞ-a çatmayacaq.

Rusiya göstərir ki, Ukraynanın Avropa İttifaqından olan tərəfdaşları dayanmasalar - silahlarının Rusiya Federasiyası ərazisində istifadəsinə icazə versələr, Ukraynaya uzaqmənzilli raketlərin verilməsini dayandırmasalar, o zaman bu ölkələrin bəzi şəhərlərini vuracaqlar.

Bildiyimə görə, Rusiya qitələrarası ballistik raketi Həştərxandan atır. Raketin Kiyevə potensial yaxınlaşmasının sürətini və vaxtını nəzərə alsaq, belə bir raket, məsələn, Londona da çata bilər. Eyni zamanda, yadda saxlamaq lazımdır ki, onlar bu tip silahları, məsələn, Bryansk vilayətindən də ata bilərlər. Biz bilmirik ki, onlar uyğun qurğulardan harada istifadə edə bilərlər və bunu harada etməyə cəhd göstərərlər. Amma istənilən halda təkcə Ukraynanın bütün ərazisi deyil, demək olar ki, bütün Avropa təhlükə altında ola bilər.

Nəhayət, bu gün Rusiyanın piar kampaniyasının əsas məqsədi Ukraynanın tərəfdaşlarını qorxutmaqdır. Bəs ruslar Avropada qitələrarası ballistik raketlərdən həqiqətən istifadə edəcəklərmi? Məncə, etməyəcəklər. Axı, bunun Rusiya üçün necə bitəcəyini yaxşı başa düşürlər. Bununla belə, ruslar daim qorxudurlar. Çünki bu, onların əsas siyasətidir.

Müəllif: Aleksey Hetman: Rusiya-Ukrayna müharibəsi veteranı, ehtiyatda olan mayor.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Noyabr 2024 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri