Zelenski: Kiyevə hücumda 16 ballistik raketdən istifadə olunub
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın ötən gecə Ukraynaya hücumlarında, Kiyevə tərəfdaş ölkələrdən erkən xəbərdarlıq daxil olmayıb.
Gununsesi.info xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “X” hesabında yazıb.
Onun sözlərinə görə, yenə də hücumlarda enerji təsisatları hədəfə alınıb.
Bununla yanaşı, tibbi klinika, məktəb, metro stansiyası və yaşayış binalarına da hücum edilib.
“Ümumilikdə, Rusiya Kiyev və Kiyev regionuna 16 ballistik raket atıb. Bundan başqa müxtəlif tipli 200-dən çox drondan, o cümlədən reaktiv “Şahid” dronlarından istifadə olunub”,- Zelenski bildirib.
Hücumlarda 10-dan çox enerji obyektinin vurulduğu, 550 000 ailənin işıqsız qaldığı da qeyd olunub.
Qeyd edək ki, Zelenski bundan əvvəl ABŞ-ın Ukraynaya kəşfiyyat dəstəyini kəsdiyini iddia edib.
ABŞ Dövlət katibi Marko Rubio bunu təkzib edib və kəşfiyyat dəstəyinin davam etdiyini vurğulayıb.
Baxış sayı:89
Bu xəbər 19 Oktyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















