Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Baltikyanı ölkələr və Polşa risk altındadır RƏY

Baltikyanı ölkələr və Polşa risk altındadır RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Ukraynada qalib gələrsə, Avropanın təhlükəsizliyi ciddi təhdid altına düşəcək

Görünən budur ki, Rusiya-Ukrayna müharibəsi gələn il Kiyev üçün son dərəcə əlverişsiz şərtlərlə başa çatacaq. Bunu "Politico"nun analitiki Ceymi Dettmer deyib. Ekspertin fikrincə, bu bədbin proqnozun əsas səbəblərindən biri Avropa İttifaqının (Aİ) Ukraynanın maliyyə dayanıqlığını təmin etmək və hərbi əməliyyatların maliyyələşdirilməsini mümkün etmək üçün Rusiyanın dondurulmuş 210 milyard avroluq aktivindən istifadə barədə razılığa gələ bilməməsidir: "Belçika banklarında dondurulmuş Rusiya aktivlərindən istifadəyə əsaslanan “reparasiya krediti” təklifinin iflası Ukraynanı növbəti iki il üçün təminatlı maliyyələşmədən məhrum edir. Şübhəsiz ki, Aİ yenə də Ukraynaya öz büdcəsindən 90 milyard avro məbləğində iri maliyyə paketi ayıracaq. Amma bu, gələn ilin əvvəlində vəsait çatışmazlığının qarşısını alsa da, paket iki il üçün nəzərdə tutulub və Ukraynanın mübarizəni davam etdirməsi üçün kifayət etməyəcək". Buna baxmayaraq, ötən həftə maliyyələşdirmə ilə bağlı razılaşmadan sonra bir çox Avropa liderləri kifayət qədər nikbin idilər. Həmçinin, Rusiya aktivləri ilə bağlı dolayı yolla əlavə kreditin də verilə biləcəyi ehtimal olunur. Ancaq Dettmerə görə, sevinmək hələ tezdir, çünki hər şey müharibəni dayandırmaq üçün hansı razılaşmanın əldə olunacağından asılıdır. Üstəlik, daha bir kreditin alınması da asan olmayacaq. Artıq üç ölkə - Macarıstan, Slovakiya və Çexiya ötən həftə birgə proqramda iştirakdan imtina edib. Digər ölkələrin də onlara qoşulacağını təsəvvür etmək çətin deyil. Bundan başqa, Donald Tramp hələ də Ağ Evdə olacaq, buna görə Vaşinqtonda əlavə vəsait axtarmağın mənası yoxdur. Belçika Baş naziri Bart De Vever razılaşmanı "Ukrayna, Aİ və maliyyə sabitliyi üçün qələbə" adlandırsa da, Dettmer vurğulayır ki, Rusiya lideri Vladimir Putin bunu tamam başqa cür dəyərləndirəcək: "Ötən həftə baş verən və Avropa liderləri arasındakı parçalanmanı üzə çıxaran fiaskodan sonra Putin vaxtın onun xeyrinə işlədiyini bir daha təsdiqləyəcək. Putin bir az da gözləsə, köməkçilərinin Trampın xüsusi elçisi Stiven Uitkoffla birgə hazırladıqları 28 bəndlik sülh planı yenidən gündəmə gələ bilər, bu, Ukrayna ilə Avropanı çətin vəziyyətdə qoyacaq. Kremlin istədiyi ideal nəticə budur".

Politoloq Oqtay Qasımov deyib ki, Rusiya Ukraynada istədiyinə nail ola bilsə, Avropanın təhlükəsizliyi ciddi şəkildə təhdid altında qalacaq. Ekspert vurğulayıb ki, hazırki şəraitdə Şərqi Avropa ölkələrinin bir çoxu Moskvanın təhdidi altındadır: "Rusiya işğalçı hədəflərinə çata bilsə, onun Şərqi Avropadakı ilk həmlə ambissiyası Baltikyanı ölkələr və Polşadır. Digər tərəfdən, Moldova üzərindən Rumıniya və Bolqarıstan da təhdid altındadır. Tarixən rusların Balkan yarımadasının cənubuna qədər irəlilədiyi məlumdur. Bu gün Serbiya, Bolqarıstan və Yunanıstan kimi dövlətlər də öz müstəqilliklərini məhz Osmanlı-rus müharibəsinin nəticələrinə borcludur. Avropa orduları Rusiya ilə bacaracaq səviyyədə deyil. Avropa son 80 ildə özünün təhlükəsizlik təminatlarını ABŞ-yə həvalə edib. Hazırda Vaşinqton bu öhdəliklərdən müəyyən qədər boyun qaçırır. “Qoca qitə” indiki məqamda Rusiya ilə genişmiqyaslı savaşa hazır deyil. Belə bir hərbi qarşıdurmaya hazır olmaq üçün Avropaya bir neçə il vaxt lazımdır. Son 80 ildə Avropada yetişmiş nəsillər ümumiyyətlə müharibə görməyiblər və komfort həyata öyrəniblər. Avropa iqtisadi gücünə, maliyyə ehtiyatlarına və digər faktorlara görə Rusiyanı qat-qat üstələsə də, hərbi cəhətdən Moskvadan geri qalır”.

Analitik qeyd edib ki, savaş nəticəsində həm Ukrayna, həm Rusiya ciddi itkilərə məruz qalıb: "Ukrayna daha çox dağılıb. Eyni zamanda Ukraynanın həyata keçirdiyi əməliyyatlar nəticəsində Rusiyaya da milyardlarla dollar dəyərində zərər vurulub. Rusiyanın bir milyona yaxın itkisi var və bunlar heç də asan bərpa olunacaq itkilər deyil. Rusiya artıq savaşın bir mərhələsindən sonra xarici dəstəklə döyüşür. Müharibənin gedişatı Qərbin Ukraynaya verəcəyi dəstəyin həcmindən asılı olacaq. Əgər Qərb Ukraynanı tam mənası ilə yetərli qədər dəstəkləyəcəksə, Rusiya üçün heç də bu savaş asan olmayacaq və Rusiya hazırda əldə etdiyi mövqelərin əhəmiyyətli hissəsini itirə bilər. Bu baxımdan savaşın nə qədər davam edəcəyini söyləmək çətindir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Dekabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri