Icma.az
close
up
RU
BAMF Kanadanın baş nazirinin qərəzli fikirləri ilə bağlı bəyanat yayıb

BAMF Kanadanın baş nazirinin qərəzli fikirləri ilə bağlı bəyanat yayıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 25 aprel, AZƏRTAC

Beynəlxalq Avrasiya Mətbuat Fondu Kanadanın baş naziri, Liberal Partiyanın lideri Mark Karninin qondarma erməni soyqırımının 110-cu ildönümü ilə bağlı səsləndirdiyi fikirləri kəskin təndiq edən bəyanat yayımlayıb. Bəyanatda Karninin səsləndirdiyi fikirlərin əsassız və qərəzli olduğu, bütövlükdə bu tipli çıxışların regionda mümkün sülhə birbaşa təhdid yaratdığı öz əksini tapıb.

AZƏRTAC-a daxil olan bəyanatda deyilir: “24 aprel 2025-ci il tarixində Kanadanın baş naziri və Liberal Partiyanın lideri Mark Karni tərəfindən Azərbaycan və Ermənistan arasında baş verənlərlə bağlı səsləndirilmiş əsassız və tarixi reallıqlardan uzaq açıqlama regionda davam edən sülh təşəbbüslərinə, beynəlxalq hüququn prinsiplərinə açıq hörmətsizlikdir. Biz, Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq, bu cür təxribat xarakterli və birtərəfli bəyanatları qətiyyətlə pisləyir, belə fikirləri Cənubi Qafqazda yeni gərginliklərə zəmin yarada biləcək təhlükəli addımlar kimi qiymətləndiririk.

Cənab Karninin qeyd etdiyi "zorla köçürülmə" ifadəsi qətiyyən reallıqlarla üst-üstə düşmür. 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsini könüllü şəkildə tərk edən ermənilər heç bir zorakılığa və ya təzyiqə məruz qalmamış, əksinə, Azərbaycan dövləti tərəfindən onlara humanitar dəstək göstərilmişdir. BMT və digər beynəlxalq təşkilatların nümayəndələri də bölgədə heç bir zorakılıq halının qeydə alınmadığını təsdiqləmişdir.

Ancaq, son 30 il ərzində Ermənistanın işğal siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından vəhşicəsinə qovulmuş, qətlə yetirilmiş, kənd və şəhərləri viran edilmiş, qəbiristanlıqları dağıdılmış, mədəni irsləri məhv edilmişdir. Ötən əsrdə azərbaycanlılar bir neçə dəfə, son olaraq 1988-1989-cu illərdə isə tamamilə indiki Ermənistan ərazisindən (doğma torpaqlarından) deportasiya olunublar. Uzun illər doğma kəndi, evi işğal altında olan, dağıdılan və bu münaqişədən əziyyət çəkən bir milyona yaxın azərbaycanlı qaçqından biri kimi cənab Karniyə xatırlatmaq istəyirik: sülh tarixi saxtalaşdırmaqla deyil, ədalətə və obyektivliyə əsaslanmaqla qurula bilər.

Azərbaycan bu gün sülh sazişinin imzalanması üçün konkret və konstruktiv addımlar atır. Ermənistan isə hələ də revanşist ritorikadan əl çəkmir. Belə bir həssas dövrdə Kanada kimi bir ölkənin baş nazirindən gözlənilən birtərəfli və emosional çıxışlar deyil, regionda dayanıqlı sülhə dəstək verəcək ədalətli və balanslı mövqe nümayiş etdirməkdir.

Beynəlxalq Avrasiya Mətbuat Fondu 30 ildən artıqdır ki, bölgədə sülh və əməkdaşlığın təşviqi üçün çalışan beynəlxalq qeyri-hökumət təşkilatı olaraq, bu tip məsuliyyətsiz bəyanatları kəskin şəkildə qınayır və sülhə xələl gətirə biləcək istənilən addımlara qarşı çıxış etməyə davam edəcəyini bildirir.”

Qeyd edək ki, ingilis dilində imzalanan bəyanat Kanada baş nazirinin ofisinə göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri