Icma.az
close
up
RU
BAMF Avropa Parlamentinin qətnaməsinə dair bəyanat yayıb

BAMF Avropa Parlamentinin qətnaməsinə dair bəyanat yayıb

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Avropa Parlamentinin “Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri” adlı Qətnaməsinə dair bəyanat yayıb.

525.az xəbər verir ki, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu Avropa Parlamentinin “Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri” adlı Qətnaməsinə dair bəyanat yayıb.

“EDnews” xəbər verir ki, bəyanatda deyilir: 

Sülh və barışıq sahəsində 32 ildən artıq təcrübəyə malik olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qəbul edilmiş bir sıra qətnamələri müşahidə etmişdir. Təəssüf ki, bu sənədlər mütəmadi olaraq qərəzli yanaşma sərgiləyərək bölgədəki real vəziyyəti adekvat şəkildə əks etdirməkdən uzaq olmuş, əksinə, parçalanmanı dərinləşdirərək sülhün möhkəmləndirilməsinə maneə yaratmışdır.

Azərbaycanda erməni vətəndaşlarının saxlanılması və məhkəmə proseslərinə dair son qətnamə də bölgədəki münaqişədən sonrakı ümumi konteksti nəzərə almayan qeyri-obyektiv yanaşmanın növbəti nümunəsidir. Bakı və İrəvan arasında sülh sazişi istiqamətində səylərin intensivləşdiyi bir dövrdə bu cür siyasi motivli qətnamələr dialoq mühitini zəiflədir, mövcud gərginliyi artırır və əldə edilmiş mühüm irəliləyişləri risk altına qoyur.

Bu qətnamə təkcə Azərbaycan Respublikasının suverenliyini və maraqlarını hədəfə almaqla kifayətlənmir, eyni zamanda regionda sülh və təhlükəsizlik mühitini pozaraq, son dövrlərdə sürətlənmiş sülh quruculuğu prosesinə mane olur. Bakı və İrəvan arasında sülh sazişi üzrə aparılan danışıqlar fonunda belə bir qətnamənin qəbulu, Avropa Parlamentinin bölgədə sülh və barışığa töhfə vermək əvəzinə, müəyyən siyasi məqsədlərə xidmət etdiyini göstərir.

Bundan əlavə, qətnamə münaqişədən zərər çəkmiş bütün icmaların yaşadığı çətinlikləri nəzərə almaq əvəzinə, keçmişdə də yol verilən səhvləri təkrarlayaraq dialoq və qarşılıqlı anlaşmanın təşviqinə mane olur. Ədalətli və davamlı sülh yalnız bütün maraqlı tərəflərin haqlı narahatlıqlarının nəzərə alındığı balanslı yanaşma ilə mümkündür.

BAMF vətəndaş cəmiyyətinin fəal üzvü kimi hesab edir ki, bu cür birtərəfli və sərt mövqelər bölgədə sabitliyə töhfə vermək əvəzinə, mövcud gərginliyi daha da artırır. Avropa Parlamentinin bu istiqamətdəki mövqeyi təkcə Azərbaycan dövlətinin təhlükəsizliyini təhdid etmir, həm də Cənubi Qafqazda davamlı sülhün təmin olunması prosesini çətinləşdirir.

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) beynəlxalq ictimaiyyəti və bütün aidiyyəti qurumları bölgədəki münaqişəni dərinləşdirmək əvəzinə, sülh quruculuğuna töhfə verən, balanslı və obyektiv yanaşmaları dəstəkləməyə çağırır. İrəliləməyin yolu qarşılıqlı hörmət, əməkdaşlıq və münaqişədən təsirlənmiş bütün icmalar üçün ədalət və sabitlik gətirən təşəbbüslərin dəstəklənməsindən keçir.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Mart 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see655

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see555

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see314

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see310

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see279

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see268

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see268

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see267

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see243

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see238

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see237

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see235

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see234

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see230

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see230

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see228

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see224

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri