Bank borca görə qohuma zəng edə bilər? AÇIQLAMA
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Bank olmayan kredit təşkilatlarının borclularla bağlı məlumatları üçüncü şəxslərlə paylaşması və ya onların yaxın çevrəsi ilə əlaqə saxlaması son dövrlərdə hüquqi və ictimai müzakirə mövzusuna çevrilib. Kredit öhdəliklərinin icrası zamanı tətbiq olunan bu üsullar bəzən borclunun şəxsi məlumatlarının qorunması hüququ ilə ziddiyyət təşkil edir və əlavə hüquqi məsuliyyət yarada bilər.
Məsələ ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a bildirib ki, istər bank, istərsə də bank olmayan kredit təşkilatı borclu ilə bağlı məlumatları onun ailə üzvlərinə, yaxın qohumlarına və ya digər üçüncü şəxslərə açıqlayaraq əlaqə saxlayır və borcun mövcudluğu barədə məlumat verirsə, bu hal bank sirrinin pozulması kimi qiymətləndirilə bilər:
"Belə praktika həm bank sirri anlayışına, həm də şəxsin şəxsi həyatına dair məlumatların qorunması prinsipinə zidd hesab olunur. Mövcud məhkəmə təcrübəsində də vurğulanır ki, borclunun maliyyə vəziyyəti və kredit öhdəliyi barədə məlumatlar müştərinin razılığı olmadan üçüncü şəxslərə açıqlana bilməz. Bu cür məlumatların paylaşılması yalnız bank sirrinin deyil, eyni zamanda şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması kimi də qiymətləndirilir".
Vəkil deyib ki, bu hallarla üzləşən şəxs mənəvi zərərin vurulduğunu əsas gətirərək məhkəməyə müraciət edə və ona dəymiş mənəvi zərərin əvəzinin bank və ya kredit təşkilatı tərəfindən ödənilməsini tələb etmək hüququna malikdir.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bank kredit borcuna görə tanışlarınıza zəng edə bilməz AÇIQLAMA
16 Oktyabr 2025 20:26
Bank borca görə tez tez zəng edib sizi bezdirirsə, bu addımı atın VACİB AÇIQLAMA KONKRET
30 Avqust 2025 16:41
Bank bu halda evinizi satışa çıxara bilər AÇIQLAMA
20 Avqust 2025 16:15
Bunu etməyin! Bank kartınız oğurlana bilər DİN AÇIQLAMA YAYDI
19 Aprel 2025 10:47
Bank kartlarını dələduzlardan necə qoruyaq? AÇIQLAMA
12 Fevral 2025 17:14
Baxış sayı:154
Bu xəbər 14 May 2026 21:45 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları