Icma.az
close
up
RU
Bank borca görə tez tez zəng edib sizi bezdirirsə, bu addımı atın VACİB AÇIQLAMA KONKRET

Bank borca görə tez tez zəng edib sizi bezdirirsə, bu addımı atın VACİB AÇIQLAMA KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Sverdlovsk vilayətində banka qarşı maraqlı qərar qəbul olunub. İki ay ərzində müştəriyə kredit borcunu qaytarması tələbi ilə 170-dən çox zəng və mesaj göndərən banka cərimə tətbiq edilib.

Bəs, Azərbaycanda bank və kollektor şirkətlərinin borclulara tez-tez zəng və mesaj göndərməsi hansı məsuliyyət doğurur?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyində zəng və ya mesajların sayı ilə bağlı konkret limit mövcud deyil:

Xalid Kərimli

 “Azərbaycanda belə bir məhdudiyyət yoxdur. İstənilən halda həddən artıq narahat etmə, insanın üzərinə getmək kimi məsələlər üzrə vətəndaşlar məhkəməyə müraciət edə bilərlər. Bu, məhkəmənin səlahiyyətində olacaq . Amma qanunvericilikdə “maksimum neçə dəfə zəng edə bilərsən” kimi konkret müddəa yoxdur.

Ekspert həmçinin vurğulayıb ki, borclu şəxsin də öhdəliklərini vaxtında yerinə yetirməsi vacibdir:

 “Borc götürən də borcunu qaytarmalıdır. Məsələnin bu tərəfi də var.”

İqtisadçı Kənan Quluzadə isə bildirib ki, bu sahədə mövcud olan bir neçə hüquqi mexanizm tətbiq edilə bilər:

•Mülki Məcəllə – borcun ödənilməsi tələb oluna bilər, lakin bu tələb qanuna və etik davranış qaydalarına uyğun aparılmalıdır.

•“Müştərinin hüquqlarının müdafiəsi haqqında” Qanun – istehlakçılara qarşı haqsız və təzyiqedici davranış qadağan edilir.

•İnzibati Xətalar Məcəlləsi – vətəndaşların hüquqlarını pozan, əsassız narahatlıq yaradan hərəkətlərə görə cərimə tətbiq oluna bilər (məsələn, şəxsi məlumatların icazəsiz istifadəsi, etik davranış qaydalarının pozulması və s.).

Ekspertin sözlərinə görə, mövcud qanunvericilik istehlakçının müdafiəsini nəzərdə tutsa da, bank və kollektor şirkətlərinin bu məsələdə daha şəffaf və etik davranması vacibdir.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Avqust 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see341

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see277

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see210

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see168

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see155

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri