Icma.az
close
up
RU
Bank kartı fırıldaqları: Aldanılmamaq üçün nə etməli?

Bank kartı fırıldaqları: Aldanılmamaq üçün nə etməli?

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Son vaxtlar bank kartından pul oğurlanması xəbərləri ilə demək olar ki, hər gün qarşılaşırıq. Sosial şəbəkələrdə, xəbərlərdə və ya tanış çevrəmizdə bu tip halların sayı durmadan artır. Kiminsə kartından xəbərsiz pul çıxarılıb,kimsə güya “bank işçisi” ilə danışarkən kart məlumatlarını verib və aldadılıb. 

Daxili İşlər Nazirliyinin məlumatlarına görə, hər həftə ölkədə 100-150 min və daha çox məbləğ məhz bu yolla ələ keçirilir.

Maarifləndirmə tədbirlərinə baxmayaraq, dələduzlar hər dəfə fərqli yollara əl atırlar. Kimisi səsini, kimisi nömrəsini dəyişir, insanları emosional yollarla vurmağa çalışırlar. 

Növbəti qurban biz olmamaq üçün nə etməli? Kartlarda külli miqdarda pul saxlamayaq, yoxsa daha ehtiyatlı olaq?

Lent.az-ın xəbərinə görə kiberdələduzluqla bağlı Daxili İşlər Nazirliyindən mütəmadi olaraq bildirilir ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu kimi  məxfi məlumatları heç kimə, hətta özünü ”bank işçisi” kimi təqdim edən şəxslərə belə, vermək olmaz:

“Vətəndaşlar şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşsınlar. Qəti formada şəxsi bank məlumatlarını ikinci şəxsə ötürmək olmaz”.


IT mütəxəssisləri isə hesab edir ki, iki faktorlu autentifikasiyanı aktiv edərək bu kimi hallardan qorunmaq olar:

Onlayn bankçılıq və alış-veriş sistemlərində iki mərhələli yoxlama (məsələn, SMS və ya mobil tətbiq təsdiqi) istifadə etmək təhlükəsizliyi artırır.

Etibarlı onlayn platformalardan alış-veriş etmək tövsiyyə olunur:

HTTPS ilə başlayan təhlükəsiz saytlar və tanınmış platformalar daha etibarlıdır. Naməlum və şübhəli saytlardan uzaq durmaq lazımdır. Bundan əlavə əgər tez-tez onlayn alış-veriş etmirsinizsə, kartınızın internet üzərindən istifadəsini bağlaya bilərsiniz və yalnız ehtiyac olduqda açıb yenidən bağlamaq mümkündür.


Dələduzlar hər cür yeniliyi tətbiq etdiklərindən, yalnız şəxsi Wi-Fi-dan istifadə tövsiyyə olunur:

Xüsusilə onlayn bank əməliyyatlarını ictimai Wi-Fi vasitəsilə etməmək tövsiyə olunur, çünki bu şəbəkələrdə məlumatlarınız ələ keçirilə bilər.


Düşünməyin ki, sizin kartdakı kiçik məbləğlər kiməsə gərək deyil, növbəti qurban siz ola bilərsiniz.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 May 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri