Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Bank kartı və mobil nömrə ilə identifikasiya ekspert risklərdən danışıb

Bank kartı və mobil nömrə ilə identifikasiya ekspert risklərdən danışıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 iyun, AZƏRTAC

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif olunan dəyişiklikləri ümumilikdə rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin artırılması istiqamətində atılmış vacib addım kimi qiymətləndirirəm. Dünyanın bir çox ölkələrində artıq sosial media platformalarının yetkinlik yaşına çatmayan istifadəçilərlə bağlı məsuliyyətinin artırılması tendensiyası müşahidə olunur və Azərbaycan da bu istiqamətdə müəyyən hüquqi çərçivə formalaşdırmağa çalışır.

Bu barədə AZƏRTAC-a açıqlamasında kibertəhlükəsizlik üzrə ekspert Mehman İsgəndərov bildirib. Ekspert qeyd edib ki, burada əsas məqam məsuliyyətin yalnız valideyn və ya istifadəçi üzərində deyil, platformaların öz üzərində də qurulmasıdır: “Çünki sosial şəbəkələr artıq sadəcə ünsiyyət vasitəsi deyil, böyük məlumat ekosistemidir və uşaqlar müxtəlif risklərlə qarşılaşırlar - kibertəqib, zərərli kontent, manipulyativ reklamlar, şəxsi məlumatların toplanması, psixoloji təsirlər və s.

Yaş məhdudiyyətinin tətbiqi və platformaların yaş təsdiqləmə mexanizmlərinə məcbur edilməsi nəzəri olaraq azyaşlıların uyğun olmayan kontentə çıxışını müəyyən qədər məhdudlaşdıra bilər. Eyni zamanda, platformaların dövlət sorğularına daha operativ cavab verməsi kibercinayət, şantaj, uşaqlara qarşı rəqəmsal zorakılıq kimi halların araşdırılmasını sürətləndirə bilər. Lakin burada balans məsələsi çox vacibdir. Təhlükəsizlik tədbirləri tətbiq edilərkən istifadəçi məxfiliyi, şəxsi məlumatların qorunması və texniki şəffaflıq paralel şəkildə təmin olunmalıdır. Əks halda cəmiyyət daxilində həm məlumat təhlükəsizliyi, həm də rəqəmsal hüquqlarla bağlı narahatlıqlar yarana bilər”, – deyə o vurğulayıb.

Ekspert qanun layihəsində nəzərdə tutulan yaş təsdiqləmə üsullarının effektivliyi məsələsinə də toxunub: “Qanun layihəsində nəzərdə tutulan yaş təsdiqləmə üsulları - bank kartı, mobil nömrə və elektron poçt vasitəsilə identifikasiya texniki baxımdan müəyyən səviyyədə effektiv olsa da, onların tam etibarlı həll olduğunu demək çətindir. Mobil nömrə ilə yoxlama hazırda ən geniş istifadə olunan üsullardan biridir və müəyyən filtrasiya imkanı yaradır. Lakin praktikada azyaşlı istifadəçi valideyninin və ya başqa şəxsin nömrəsindən istifadə edə bilər. Elektron poçt isə ən zəif identifikasiya üsullarından hesab olunur, çünki yeni hesab yaratmaq çox asandır və real yaş təsdiqi vermir”.

M.İsgəndərov bildirib ki, bank kartı vasitəsilə yoxlama texniki olaraq daha güclü identifikasiya mexanizmi sayıla bilər. Çünki bank sistemlərində müəyyən KYC (“Know Your Customer”) prosedurları tətbiq olunur: “Amma burada da risklər mövcuddur. Birincisi, hər bir istifadəçinin bank kartı olmaya bilər. İkincisi, istifadəçilər məlumat məxfiliyi və maliyyə məlumatlarının platformalarla paylaşılması məsələsində narahatlıq keçirə bilərlər. Məncə, əsas məsələ yalnız yaşın texniki təsdiqlənməsi deyil, həmin məlumatların necə saxlanılması, hansı tərəflərlə paylaşılması və kibertəhlükəsizlik baxımından necə qorunmasıdır. Çünki yaş verifikasiyası adı altında böyük həcmdə şəxsi məlumat toplanması gələcəkdə yeni risklər də yarada bilər”.

Onun fikrincə, əsas məsələ yaşın texniki təsdiqindən daha çox, toplanan məlumatların necə saxlanılması və qorunması ilə bağlıdır.

Ekspert əlavə edib ki, VPN xidmətləri, virtual nömrələr və digər texniki vasitələr səbəbindən yaş məhdudiyyətlərinin tam effektiv tətbiqi çətin ola bilər.

“Bundan əlavə, VPN, virtual nömrələr və digər alternativ üsullar səbəbindən texniki məhdudiyyətlərin tam effektiv olacağını düşünmürəm. Ona görə də bu məsələyə yalnız texnoloji nəzarət kimi deyil, eyni zamanda, rəqəmsal maarifləndirmə, valideyn nəzarəti və platforma məsuliyyətinin birlikdə işlədiyi kompleks yanaşma kimi baxmaq daha doğru olar”, – deyə M.İsgəndərov qeyd edib.

Müxbir – Pərvanə Qafarova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see346

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see318

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see278

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see268

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see266

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see257

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see254

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see251

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see247

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see243

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see238

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see236

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see231

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see227

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see226

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see222

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see221

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see214

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see213

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri