Icma.az
close
up
RU
Türkiyəli ekspert a regionda artan risklərdən DANIŞDI

Türkiyəli ekspert a regionda artan risklərdən DANIŞDI

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin İstanbul şəhərindəki İsrail konsulluğuna silahlı hücum edilib. 3 nəfər terrorçunun zərərsizləşdirildiyi hücum zamanı 2 polis əməkdaşı yaralanıb. Hazırda hadisə ilə bağlı polis və prokurorluq tərəfindən araşdırmalar aparılır.

Türkiyə DİN-nin yaydığı məlumata görə, hücumu həyata keçirən şəxslər - Yunus E.S, Onur. Ç və Enes.Ç olub.

Nazirliyin məlumatına görə, ölü olaraq ələ keçirilən Yunus E.S-nin dini istismar edən terror təşkilatı ilə əlaqələrinin olduğu, yaralı halda ələ keçirilən digər iki terrorçu - Onur Ç. və Enes Ç.-nin isə qardaş olduqları və Onur Ç.-nin narkotiklə əlaqədar məhkumluğunun olduğu müəyyən edilib.

Türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar hadisəni Modern.az-a şərh edib.

Ekspert qeyd edib ki, baş verənlərin daha geniş planların tərkib hissəsi olması da istisna edilmir:

"Hücumda iştirak edən şəxslərin kriminal fəaliyyətlə yanaşı, dini motivləri istismar edən bir təşkilatla əlaqəsi ehtimal olunur. Bu, ideoloji və cinayətkar elementlərin birləşdiyi bir modeldir və belə “hibrid aktorlar” gözlənilməzlik riskini artırır. Hücum zamanı istifadə olunan taktiki geyim və yarı-peşəkar silahlar müəyyən hazırlığın olduğunu göstərsə də, davranışlarda tam peşəkarlıq müşahidə olunmayıb. Bu da peşəkar olmayan, lakin müəyyən istiqamətləndirmə almış bir hücrənin mövcud olduğu ilə bağlı ehtimalı gücləndirir. Belə hücumların əsas məqsədi aşağı maliyyə ilə yüksək və qeyri-mütənasib təsir yaratmaqdır. Bu cür terror aksiyaları eyni zamanda dini və məzhəbi həssaslıqları dərinləşdirməyə, cəmiyyətdəki mövcud “çatlaq xətlərini” hərəkətə gətirməyə yönəlir. Baş verənlərin daha geniş planların tərkib hissəsi olması da istisna edilmir. Ümid edirəm ki, yanılıram, lakin bu, sınaq xarakterli hücum və ya daha böyük bir zəncirin parçası kimi qiymətləndirilə və böyük məqsədlərin ilkin siqnalı ola bilər.”

Ekspert həmçinin regionda artan risklərə də diqqət çəkib:
“Artıq daha dərin qarşıdurmanın kənarındayıq. Türkiyə və Azərbaycan üzərində müxtəlif – o cümlədən xətti və asimmetrik – sınaqların aparıldığını görürük. Bu hücumların məqsədi yalnız zərbə vurmaq deyil, həm də cəmiyyətə və qərar qəbul edənlərə təsir göstərməkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Aprel 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri