Bank kartları ilə bağlı problem aradan qaldırıldı RƏSMİ
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İyunun 24-də “Azərikard” MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı bildirilir ki, sözügedən insident hər hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı açıqlamada bildirilib.
Əhalinin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş sistemlərinin, eləcə də ölkədə fəaliyyət göstərən prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya sistemləri və ödəniş infrastrukturunun sabitliyi, davamlılığı və etibarlılığı ilə əlaqədar hər hansı çətinlik müşahidə olunmur.
“Qeyd olunan texniki nasazlıq aidiyyəti üzrə artıq aradan qaldırılıb.
Bank xidmətləri müştərilərindən yalnız rəsmi mənbələrdə əks etdirilən məlumatlara istinad edilməsi xahiş olunur”, - deyə Azərbaycan Mərkəzi Bankının açıqlamasında qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 24 İyun 2026 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















