Icma.az
close
up
RU
İctimai nəqliyyatda bank kartları ilə ödəniş reallığa çevrilir RƏSMİ AÇIQLAMA

İctimai nəqliyyatda bank kartları ilə ödəniş reallığa çevrilir RƏSMİ AÇIQLAMA

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verildiyi kimi mütəmadi olaraq Bakı şəhərində ictimai nəqliyyatda onlayn ödəniş sistemi olan “BakıKart”da ciddi problem yaranır. Bu da sənişinlərin narahatlığına səbəb olub.  Nəzərə alaq ki, Bakının avtonəqliyyat sistemində və metroda yalnız “BakıKart”la ödəniş etmək mümkündür. Ödəniş sistemində alternativlərin olmaması sərnişinlərin haqlı narazılığına səbəb olur.

Üstəlik, “BakıKart” sistemində mütəmadi problemlər yaranır. Balans artırma aparatlarının azlığı isə başqa bir problemdir. Bəzi aparatlar kağız pulu, bəziləri isə qəpikləri qəbul etmir. Bu da əlavə vaxt itkisinə və digər problemlərə səbəb olur.

Çözüm nədir?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı “Bizim.Media”ya danışan REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, əksər ölkələrdə ictimai nəqliyyatda alternativ ödəniş sistemləri tətbiq edilir:

“İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə bu sistemə çoxdan keçilib. Hətta qonşu dövlətlərin çoxunda bi sistem çoxdan mövcuddur. Məsələn, Gürcüstanda bank kartı vasitəsi ilə ictimai nəqliyyatın bütün növlərində ödəniş etmək olur. Əlavə hansısa kartın alınmasına ehtiyac qalmır. Avropada isə çoxdan bu sistemlə işləyirlər. Texniki cəhətdən bu sistemin tətbiqi o qədər də çətin deyil. Sadəcə buna təşəbbüs lazımdır. Nəzərə alaq ki, dəmir yolunda istənilən bank kartı ilə ödəniş etmək olur. Bu da insanları əlavə xərcdən və vaxt itkisindən azad edir. Ona görə də müvafiq qurumlar bu məsələni gündəmə gətirsələr, yaxşı olar. Bu bir növ müştəri məmnunluğu da yaradar”.

İctimai nəqliyyatda bank kartları ilə ödəniş mümkün olacaq?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, hazırda AYNA tərəfindən paytaxtda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir:

“Həmçinin ölkənin digər şəhər və rayonlarında da ictimai nəqliyyatda nağdsız ödənişin tətbiqi nəzərdə tutulub.  Ümumilikdə ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi və nağdsız ödəniş alətlərindən istifadə üçün beynəlxalq təcrübə nəzərə alınıb. Nəqliyyat xidmətləri istehlakçıları tərəfindən bütün ödəniş vasitələrindən istifadə etməklə nağdsız ödənişlərin həyata keçirilməsi imkanının yaradılması nəzərdə tutulur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 May 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri