Bank kartlarının alverini edən 5 dəstənin 12 üzvü tutuldu Video
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Kiberpolis onlayn qumar və mərc oyunlarında istifadə olunan bank kartlarının alqı-satqısını həyata keçirən 5 dəstəni ifşa edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Naziliri (DİN) məlumat yayıb.
Bildirilib ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən tədbirlərlə qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan 5 fərqli dəstənin 12 nəfərdən ibarət üzvü - Əjdər Əzizov, Fərman Cəfərov, Hikmət Quliyev, habelə Adəm Əliyev və tanışı Cavid İsmayılzadə, Əlvan Musayev eləcə də onunla əlbir olan Məhərrəm Babayev, Rəvan Mehdiyev, Aydın Məmmədzadə və Adil Məmmədov, həmçinin Alşan Səfərov və Rüstəm Novruzov saxlanılıblar.
“Daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, saxlanılan şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişlər edərək alıblar. Daha sonra həmin kartların böyük əksəriyyəti cinayət əməllərində istifadə edilməsi məqsədi ilə əsəsən "Telegram"da ölkə xaricində cinayətkar fəaliyyətlə məşğul olan şəxslərə satılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin əldə etdikləri 2 mindən artıq bank kartının cinayətkar fəaliyyətə yönləndirildiyi aşkarlanıb.
Əksər hallarda öz kartını dəstə üzvlərinə təqdim edən şəxslər onların hansı məqsədlər üçün istifadə ediləcəyindən xəbərsiz olublar.
Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir”, - məlumatda qeyd olunur.
Bu mövzuda digər xəbərlər:DİN dən ƏMƏLİYYAT: Mütəşəkkil dəstənin 19 üzvü tutuldu VİDEO
24 İyun 2025 16:25
ABŞ da erməni cinayətkar dəstənin 13 üzvü TUTULDU ANBAAN VİDEO
30 May 2025 15:50
Baş idarə əməliyyat keçirdi: mütəşəkkil dəstənin daha 2 üzvü tutuldu Foto
09 Dekabr 2024 12:02
Azərbaycanda bank kartlarının sayıa açıqlandı
27 Noyabr 2024 12:17
Azərbaycanda bank kartlarının sayı açıqlandı
27 Noyabr 2024 11:54
Baxış sayı:60
Bu xəbər 25 Oktyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















