Icma.az
close
up
RU
Bank niyə müştərisinin yanında deyil? “Unibank”la “BOA” arasındakı ailə bağlantısı ARAŞDIRMA

Bank niyə müştərisinin yanında deyil? “Unibank”la “BOA” arasındakı ailə bağlantısı ARAŞDIRMA

Icma.az, Bizim media saytına istinadən bildirir.

Azərbaycanda son zamanlar ən çox şikayət olunan banklardan biri də "Unibank”dır. Ayrı-ayrı müştərilərin bu bankla bağlı mətbuatda müxtəlif səpkili şikayətlərinə tez-tez rast gəlinir.
Bank daha çox özbaşınalıqda, müştərilərə qarşı hörmətsiz, kobud davranmaqda ittiham edilir.
Belə ki, “Unibank” borcunu ödəyə bilməyən müştərilərin işləri "BOA Kollektor Agentliyi” MMC-yə yönləndirilir.
“Unibank” hüquqi deyil, “gücdən istifadə” yolunu seçib...
Müştərilərin bildirdiyinə görə, bu agentlik vasitəsilə borclulara təzyiq göstərilir, ödənişə məcbur etmək üçün müxtəlif hədələyici üsullardan istifadə olunur. Şikayətçilər qeyd edirlər ki, BOA kollektor agentliyi tərəfindən edilən zənglər və yazışmalar mütəmadi və narahatedici xarakter daşıyır. Bəzi hallarda borclular psixoloji təzyiqə məruz qaldıqlarını bildirirlər.
Bir sözlə “Unibank” çətin vəziyyətdə olan müştərilərinə hüquqi yoldan deyil, “gücdən istifadə” yolunu seçir.
"BOA Kollektor" əlaqə siyahısını da “borclu” sayır?
Bu azmış kimi “BOA Kollektor” borcunu ödəyə bilməyən müştərilərin yaxınları əlaqə saxlayıb, eyni metodu onlara da tətbiq edir, yəni hədələyici tonda danışır və hətta barələrində hüququ addım atılacağı ilə qorxudurlar. Şikayətçi müştərilərin dediyinə görə dəfələrlə bu barədə “Unibank”a da müraciət ediblər, amma bank problemli kreditlərlə “BOA Kollektor” Agentliyinin məşğul olduğunu əsas gətirərək, müştərilərinə bu məsələdə yardımçı olmurlar.
Müştəri bir kənara, məsələyə aidiyyəti olmayan kənar şəxslər də əsassız yerə narahat edilir, qorxudulur, hətta onlar barədə də hüquqi addım atılacağı bildirilir. Bu şəxslərə maraqlıdır ki, “BOA Kollektor” Agentliyi onların əlaqə nömrələrini necə əldə edir?
“Unibank”ın müdafiəçisi?
“Unibank”ın adı artıq ictimaiyyət tərəfindən müştərilərə qarşı sərt davranışları ilə tanınan, vətəndaşlara qarşı hədələyici, təhqiredici üsullarla fəaliyyət göstərən “BOA Kollektor” Agentliyi ilə əməkdaşlıq etməsi təəccüb doğurur. Paradoksal məqam isə odur ki, bu agentlik “Unibank” tərəfindən müdafiəçi kimi təqdim olunur.
Son vaxtlar “BOA Kollektor” Agentliyinin “Unibank”ın borcunu ödəyə bilməyən müştərilərinə qarşı sərt, hədələyici və təzyiq dolu davranışları daha da artıb.
Redaksiyamıza daxil olan çoxsaylı vətəndaş müraciətlərində qeyd olunur ki, “BOA Kollektor”Agentliyi qeyri-etik üsullardan istifadə edərək , borc yığımını daha sürətli şəkildə həyata keçirməyə cəhd edir. Müştərilər yalnız borc deyil, həm də psixoloji təzyiq və təhqirlərlə üzləşirlər. “Unibank” isə öz müştərilərini qorumaq və hüquqlarını təmin etmək əvəzinə, “BOA Kollektor”un dolayısı yolla hədələyici fəaliyyətini dəstəkləyir.
Qeyd edək ki, kollektor agentlikləri borclularla bank arasında vasitəçi funksiyasını yerinə yetirsə də, onların fəaliyyəti ilə bağlı qanunvericilikdə birmənalı tənzimləmələr mövcud deyil. Bu isə vətəndaşlar arasında narazılıqlar yaradır.
Əvvəlcə “BOA Kollektor” Agentliyini tanıyaq...
Araşdırmalarımızdan məlum oldu ki, “BOA Kollektor” Agentliyi, Azərbaycanda fəaliyyət göstərən ilk kollektor agentliyi olaraq 2011-ci ildə təsis edilib. Agentlik, əsasən banklara və digər maliyyə qurumlarına məxsus problemli borcların yığılması üzrə ixtisaslaşıb. Onun fəaliyyətində həmçinin fiziki şəxslər arasında da borc yığımı xidmətləri təklif olunur, lakin bu xidmət yalnız notarial qaydada təsdiqlənmiş borc müqavilələri əsasında həyata keçirilə bilər.
Agentliyin təsisçiləri Rüstəm Hacıyev və İlkin Qəriblidir. İlkin Qəribli "Unibank”ın prezidenti Eldar Qəribovun oğludur. BOA agentliyinin digər təsisçisi Rüstəm Hacıyev isə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin oğludur.
 

“BOA Kollektor” Agentliyi, fəaliyyətində mübahisəli yanaşmalarla tanınır. Mətbuatda yayılan məlumatlara görə, agentliyin əməkdaşlarının qanunsuz fəaliyyətlərə cəlb edildiyi və müştəriləri təzyiq altında saxlamağa çalışdıqları barədə məlumatlar mövcuddur.


“BOA Kollektor” Agentliyi ilə Unibank arasında nə əlaqə var? Niyə “Unibank”ın müdafiəçisi kimi çıxış edir?
“BOA Kollektor” Agentliyi ilə Unibank arasında birbaşa hüquqi və maliyyə əlaqəsi yoxdur.
Lakin, agentliyin təsisçilərindən biri olan İlkin Qəribli, “Unibank” ASC-nin 56,91%-lik səhmdarıdır.
Təbii ki, bu əlaqə, agentliyin fəaliyyətində “Unibank” ilə birbaşa əməkdaşlıq və ya borc yığımı xidmətlərinin göstərilməsi anlamına gəlmir. Amma “Unibank” müştərilərinin borclarının yığımı üçün “BOA Kollektor” Agentliyindən istifadə etdiyi faktdır. Demək ki, iki nəhəng maliyyə müəssisəsinin əlaqəsinin səbəbi “BOA Kollektor” Agentliyinin təsisçilərindən biri olan  İlkin Qəriblinin "Unibank”ın prezidenti Eldar Qəribovun oğlu olmasıdır.

Hər halda nəyə görə bank öz müştərilərinin problemini özü həll etmək əvəzinə, vasitəçi şirkətə ötürür?

Bank-müştəri münasibəti qarşılıqlı etimada əsaslandığı halda, belə bir addımın atılması nəyə hesablanır?
Məsələ ilə bağlı “Unibank” ASC-yə müraciət etdik. Bankdan “BOA” Agentliyi ilə əlaqə saxlamalı olduğumuz bildirildi. Daha sonra “bank öz müştərilərinin problemini özü həll etmək əvəzinə niyə vasitəçi şirkətə ötürür”deyə soruşduq. Bu dəfə redaksiyamıza şikayət edən müştərilərin ad və soyadları istənildi. Biz isə öz növbəmizdə “onların problemini vaxtında həll etsəydiz, mediaya niyə çıxırdılar” deyə bildirdik. Bank rəsmisi “hazırda bizim müştəri olduqları təqdirdə bank özləri ilə əlaqə saxlayacaq” deyə qeyd etdi.  
“BOA” Kollektor Agentliyinin əsas vəzifəsi nədir? Məhz “Unibank”la niyə əməkdaşlıq edir? Kollektorların işi borcun geri qaytarılmasıdırsa,  müştərilərinə qarşı niyə sərt və hədələyici rolu tutub?
Suallarımıza cavab almaq üçün “BOA” Kollektor Agentliyi ilə əlaqə yaratsaq da, onlardan heç bir cavab ala bilmədik.

Yazıda adı keçən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Oktyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri