Icma.az
close
up
RU
Bank Respublika 2024cü ili möhtəşəm maliyyə nəticələri ilə başa vurub

Bank Respublika 2024cü ili möhtəşəm maliyyə nəticələri ilə başa vurub

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bank Respublika"dan 2024-cü ilin nəzərəçarpan göstəriciləri - YENİ REKORD

Bakı, 15 yanvar, 2025. Bank Respublika 2024-cü ili onun dayanıqlılığını və etibarlılığını təsdiqləyən möhtəşəm maliyyə nəticələri ilə başa vurub.
Hesabata əsasən, Bank, Azərbaycanda bank xidmətləri bazarındakı lider mövqelərini daha da gücləndirib və ötən illə müqayisədə bütün maliyyə göstəriciləri üzrə dinamik inkişaf nümayiş etdirib:

Bankın aktivləri artaraq 2,18 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir. Bankın məcmu kapitalı 34% artaraq 222,23 milyon manat təşkil edib, bu isə tənzimləyici normadan 4 dəfə çoxdur. Bankın kredit portfeli 25% artaraq 1,47 milyard manat təşkil edib. Bankın xalis faiz gəliri 29% artaraq 150,54 milyon manat olub. Bankın xalis əməliyyat mənfəəti 31%-dən çox artaraq 68,66 milyon manat olub. Bankın xalis mənfəəti 26% artaraq 50,57 milyon manat təşkil edib.

2024-cü ildə Bank Respublika, həm bank, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsini davam etdirmişdir. Bank, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EIB Global), Niderland İnkişaf Bankı (FMO) və Cənub-Şərqi Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il rəqəmsal texnologiyaların inkişafı sahəsində də mühüm bir il olmuşdur. Rəqəmsal həllərin uğurlu tətbiqi və bank xidmətləri çeşidinin genişləndirilməsi, “Bank Respublika”ya müştərilərin etimadını gücləndirmək və yeni tərəfdaşlar cəlb etmək imkanı yaratmışdır. Bank, həmçinin, korporativ sosial məsuliyyət siyasəti çərçivəsində bir sıra sosial və ekoloji təşəbbüslərdə fəal iştirak etmişdir.

 “2024-cü il bizim üçün yeni çağırışlar və böyük uğurlar ili oldu. Bu nailiyyətlər, ölkəmizin bütün sahələrdə dayanıqlı inkişafı üçün dövlət tərəfindən yaradılmış əlverişli şərait sayəsində əldə edilib. Bankın bütün əməkdaşlarına peşəkarlıqlarına və loyallıqlarına görə, eləcə də müştərilərimizə və tərəfdaşlarımıza göstərdikləri etimad və dəstəyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Əminik ki, 2025-ci il bizim üçün yeni perspektivlər və inkişaf imkanları açacaq. Bank Respublika, yeni innovativ həllərin tətbiqi və müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsi üzərində aktiv işləməyə davam edərək maliyyə sektorunun liderlərindən biri kimi öz mövqeyini gücləndirəcək.” deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://banco.az
archiveBu xəbər 15 Yanvar 2025 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri