Icma.az
close
up
RU
“Bank Respublika”nın COP29 çərçivəsində möhtəşəm uğuru

“Bank Respublika”nın COP29 çərçivəsində möhtəşəm uğuru

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) “Bank Respublika”nı dəstəkləyərək Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üçün böyük həcmli kredit ayırıb.

İmzalan sazişə əsasən, beynəlxalq maliyyə institutu “Bank Respublika”ya 4 illik müddətə 20 milyon ABŞ dolları məbləğində yaşıl kredit təqdim edəcək. Kredit vəsaitləri ekoloji cəhətdən təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən mikro, kiçik və orta müəssisələrə, eləcə də aşağı gəlirli ailə bizneslərinə dəstək məqsədilə yönəldiləcək.

Bu, yeni iş yerlərinin yaradılmasına, sosial dayanıqlılığın artırılmasına və yaşıl texnologiyaların daha geniş əhali təbəqələrinə əlçatanlığının təmin edilməsinə imkan yaradacaq. Belə təşəbbüslərin dəstəklənməsi, dayanıqlı iqtisadi artıma kömək edəcək və bölgələrin inkişafını stimullaşdıraraq onları qlobal ekoloji transformasiya proseslərinə inteqrasiya edəcək.

Qeyd edək ki, bu “Bank Respublika”nın COP29 çərçivəsində beynəlxalq maliyyə təşkilatları ilə bağladığı 3-cü yaşıl kredit sazişi olub. Bank daha öncə Niderland İnkişaf Bankı ilə və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə böyük həcmli və mühüm kredit sazişi bağlamışdır.

“Özəl biznes, xüsusilə kiçik biznes Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunda iş yerlərinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir. Bizim məqsədimiz maliyyə sektorunun bu müəssisələri dəstəkləmək qabiliyyətini artırarkən, eyni zamanda iqlimə davamlılığı təşviq etməkdir. Hesab edirik ki, IFC-nin” Bank Respublika”-ya ayırdığı vəsaitlər iqlim maliyyələşdirmə məhsullarının effektivliyini nümayiş etdirəcək və maliyyə institutlarının bunları daha geniş tətbiq etməsinə stimullaşdırıcı rol oynayacaq”– deyə IFC-nin Avropa, Latın Amerikas və Karib dənizi üzrə regional vitse-prezidenti Alfonso Garcia Mora bildirib.

“Bank Respublika olaraq ölkəmizdə uğurla davam edən COP29 çərçivəsində çoxillik tərəfdaşımızla bu müqaviləni imzalamaqdan olduqca məmnunuq və hesab edirik ki, bu saziş əlaqələrimizin möhkəmləndirilməsi və birgə ekoloji təşəbbüslərin həyata keçirilməsi istiqamətində mühüm addım olacaq. IFC kimi nüfuzlu beynəlxalq maliyyə təşkilatı ilə əməkdaşlıq yalnız “Bank Respublika”nın etibarlı maliyyə təşkilatı kimi etibarını təsdiqləmir, həm də mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsi üçün yeni imkanlar açır. Əminik ki, bu saziş ölkəmizdə ekoloji cəhətdən məsuliyyətli layihələrin maliyyələşdirilməsi üçün geniş imkanlar yaradacaq və qlobal miqyasda ekoloji problemlərin həllinə töhfə verəcək” – deyə «Bank Respublika»nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Noyabr 2024 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri