Icma.az
close
up
RU
“Bank Respublika” “Finnfund”dan 15 milyon avro cəlb edib

“Bank Respublika” “Finnfund”dan 15 milyon avro cəlb edib

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

9 iyul 2026-cı il. Azərbaycanın aparıcı banklarından biri olan, ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən “Bank Respublika” ilə Finlandiyanın İnkişaf və Sənaye Əməkdaşlığı Fondu (Finnfund) arasında kredit sazişi imzalanıb.

Sazişin şərtlərinə əsasən, beynəlxalq maliyyə institutu “Bank Respublika”ya Azərbaycan manatı (AZN) ekvivalentində 15 milyon avro məbləğində, 3 il müddətinə kredit ayıracaq və vəsaitlərin 30%-i qadın sahibkarların dəstəklənməsinə yönəldiləcək. Qeyd edək ki, bu saziş “Finnfund”un tarixində milli valyutada təqdim edilən ilk sintetik kredit əməliyyatı olub.

Cəlb olunan vəsait “Bank Respublika”nın fəaliyyətinin prioritet istiqamətlərinin dəstəklənməsinə, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafına, yaşıl layihələrin maliyyələşdirilməsinə və qadın sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəldiləcək.

Bu sazişin imzalanması“Bank Respublika”nın beynəlxalq əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla yanaşı, xarici maliyyə institutlarının həm Azərbaycan bank sektoruna, həm də “Bank Respublika”ya göstərdiyi yüksək etimadın təsdiqidir.

“Finnfund”un Baş İnvestisiya Meneceri Ulla-Maija Rantapuska bildirib: “Bu investisiya iqlim dəyişiklikləri ilə mübarizə, gender bərabərliyi və maliyyə inklüzivliyi kimi üç mühüm istiqaməti bir araya gətirir. Regionda yaşıl kreditləşmə və KOB-ların maliyyələşdirilməsində aparıcı banklardan biri olan “Bank Respublika”ya yerli valyutada maliyyə təqdim etməklə, maliyyə əlçatanlığını genişləndiririk. Bununla yanaşı, Azərbaycanın daha dayanıqlı və şaxələndirilmiş iqtisadiyyatının inkişafına töhfə veririk”.

“Bank Respublika”nın İdarə Heyətinin Sədri Tariyel İsmayılov bildirib: “Finnfund” ilə əməkdaşlığın başlanmasını yüksək qiymətləndirir və bu sazişin imzalanmasını beynəlxalq maliyyə institutları ilə əməkdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addım kimi dəyərləndiririk. Finlandiyanın aparıcı inkişaf maliyyə institutlarından birinin göstərdiyi etimad “Bank Respublika”nın dayanıqlılığının, biznes modelimizin effektivliyinin və məsuliyyətli maliyyələşdirmə prinsiplərinə sadiqliyimizin təsdiqidir. Cəlb olunan vəsait sahibkarların və Azərbaycanın iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verən layihələrin dəstəklənməsi imkanlarımızı daha da genişləndirəcək”.

Daha ətraflı məlumat üçün: www.bankrespublika.az

Sosial şəbəkələr - “Facebook”, “Instagram”, “LinkedIn”,“Telegram”

Çağrı Mərkəzi: 144

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 İyul 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri