Icma.az
close
up
RU
“Bank Respublika” və EIB Global kredit sazişi imzaladı

“Bank Respublika” və EIB Global kredit sazişi imzaladı

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bank Respublika” və Avropa İnvestisiya Bankının (EIB) Avropa İttifaqından kənar layihələri maliyyələşdirən bölməsi olan EIB Global Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın (KOB) dəstəklənməsinə yönəlmiş növbəti kredit müqaviləsini imzalayıblar.

“Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsaitlər ölkənin bütün regionlarında fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirəcək.

Qeyd edək ki, bu əməliyyat üzrə valyuta riski Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilən hedc mexanizmi vasitəsilə idarə olunacaq.

Avropa İnvestisiya Bankının Şərq tərəfdaşlığı regionu üzrə əməliyyatlara rəhbərlik edən vitse-prezidenti Karl Nehammer bildirib: “Kiçik və orta sahibkarlıq Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edir. “Bank Respublika” ilə uğurlu tərəfdaşlığımız sayəsində EIB yerli biznesin inkişafı, yeni iş yerlərinin yaradılması və innovasiyaların tətbiqi üçün zəruri maliyyəyə çıxışını təmin edir. Xüsusilə milli valyutada maliyyələşmə biznesin dayanıqlığını artırır və ölkənin özəl sektorunun güclənməsinə töhfə verir”.

Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Kujundžić qeyd edib: “Daha dərin və dayanıqlı maliyyə bazarlarının inkişafı Azərbaycanın iqtisadi transformasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Mərkəzi Bank tərəfindən tətbiq edilən milli valyutada valyuta riskinin hedc mexanizmi banklara riskləri daha effektiv idarə etməyə və manatla kreditləşməni genişləndirməyə imkan verən mühüm yenilikdir. Bu kimi təşəbbüslər və EIB kimi institutlarla tərəfdaşlıq özəl sektorun inkişafı üçün daha əlverişli mühit yaradır”.

“Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib: “EIB Global-ın “Bank Respublika”nı Azərbaycanda əsas tərəfdaşlardan biri kimi qiymətləndirərək bizə göstərdiyi etimadı yüksək dəyərləndiririk. Xüsusi olaraq, Mərkəzi Bankın bazar ehtiyaclarına müasir, çevik və proaktiv yanaşmasını qeyd etmək istərdim. Valyuta riskinin hedc mexanizminin tətbiqi beynəlxalq maliyyələşmə imkanlarını genişləndirəcək və biznesin milli valyutada kreditləşdirilməsinə əlavə təkan verəcək.”

Daha ətraflı məlumat üçün: 

Veb sayt: www.bankrespublika.az

Sosial şəbəkələr:  “Facebook”, “Instagram”, “LinkedIn”, “Telegram” 

Çağrı Mərkəzi: 144

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Mart 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri