Icma.az
close
up
RU
Bank risklərinə qarşı model

Bank risklərinə qarşı model

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Stress-testlərin aparılması qaydası təsdiqlənib

Mərkəzi Bankın (MB) İdarə Heyətinin qərarı ilə “Banklarda stress-testlərin aparılması Qaydası” təsdiqlənib. Yeni qaydalar banklarda risklərin qiymətləndirilməsi, stress-testlərin təşkili, modellərin hazırlanması və nəticələrin qiymətləndirilməsi mexanizmlərini müəyyən edir. Tələblərə əsasən, banklar risk profilinə mənfi təsir göstərə biləcək hadisələrin müəyyənləşdirilməsi və qiymətləndirilməsi məqsədilə stress-testlər aparmalı, nəticələr əsasında isə tədbirlər planı hazırlamalıdır. Stress-testlər risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmələr tərəfindən digər aidiyyəti bölmələrlə birgə hazırlanacaq, İdarə Heyəti ilə razılaşdırıldıqdan sonra isə Müşahidə Şurası və Riskləri İdarəetmə Komitəsi tərəfindən təsdiqlənəcək.

Maliyyə dayanıqlılığını qiymətləndirmək məqsədilə...

Stress-test bank və maliyyə sistemində bankların, gözlənilməz və ya ekstremal iqtisadi və maliyyə şərtlərdə (məsələn, iqtisadi resessiya, kəskin faiz artımı və ya maliyyə bazarlarında şoklar) dayanıqlığını qiymətləndirmək üçün istifadə edilən təhlil və qiymətləndirmə metodudur. Beynəlxalq təcrübədə Mərkəzi banklar maliyyə qurumlarının mövcud risklərini və potensial zəif tərəflərini müəyyənləşdirmək üçün bu, vacib tənzimləmə alətindən istifadə edir və bütün zəruri məlumatları öyrənir. Bu dəyərləndirmə nəticəsində bank və maliyyə qurumlarının kapital səviyyəsi və likvidlik mövqeyi tam müəyyən edilir, xüsusilə də sistem əhəmiyyətli bank qurumlarının uğursuzluğunun qarşısını almaq və maliyyə sisteminin bütövlüyünü təmin etmək mümkün olur. Nəticədə stress- testlərinin nəticələri əsasında bankların rəhbərlərinə risklərin idarə olunması üçün daha yaxşı qərarlar qəbul etmək fürsəti verilir.

Azərbaycanın bank sistemində aparılacaq stress-testlərə əsasən, bankın fəaliyyət xüsusiyyətləri, risklərin miqyası, bazar və makroiqtisadi şəraitdə baş verən dəyişikliklər nəzərə alınmaqla müəyyən ediləcək. Testlərin nəticələri bankın strateji planlaşdırılması, risk iştahası, daxili siyasəti və limitlərinin formalaşdırılmasında istifadə olunacaq.

Azərbaycan bank sisteminin stress-test modellərində, həmçinin, iqtisadi, maliyyə və statistik nəzəriyyələrə əsaslandırılmış təhlillər də aparılacaq. Modellərin statistik və iqtisadi baxımdan etibarlı olması, iqtisadi göstəricilər arasındakı əlaqələrin məntiqə uyğun şəkildə nəzərə alınması tələb olunur. Həmçinin, stress-testlərin hazırlanması zamanı ekonometrik modellərdən istifadə edilməli, modellər müxtəlif iqtisadi dövrlər və ssenarilər üzrə yoxlanılmalıdır. Makroiqtisadi göstəricilərin bankın risk profilinə təsiri də proqnozlaşdırılmalıdır.

Banklarda həssaslıq təhlilləri aparılacaq

Banklar, eyni zamanda, portfel və ya ümumi bank səviyyəsində həssaslıq və ssenari təhlilləri aparmalıdır. Həssaslıq təhlilləri risk amillərinin banka təsirini ölçmək məqsədi daşıyır. Bu çərçivədə faiz dərəcələrinin dəyişməsi, likvid aktivlərin dəyərinin azalması, iri tərəfdaşların iflası və digər şoklar qiymətləndirilə bilər. Ssenari təhlilləri isə “çox əlverişsiz”, “əlverişsiz” və “ehtimal olunan” ssenarilər üzrə həyata keçiriləcək. Təhlillərdə həm tarixi məlumatlar, həm də hipotetik hadisələr nəzərə alınacaq.

Tələblər çərçivəsində banklar minimum olaraq likvidlik, kredit, bazar və əməliyyat riskləri üzrə stress-testlər də keçiriləcək. Likvidlik riski üzrə testlərdə bazardakı vəziyyət, kredit və digər risklər nəzərə alınacaq. Kredit riski üzrə təhlillərdə kredit portfelinin xüsusiyyətləri, təminat qismində çıxış edən qiymətli kağızların dəyərinə təsir göstərə biləcək hadisələr də qiymətləndiriləcək. Əməliyyat riskləri üzrə stres-testlərdə iqtisadi böhran dövründə bankdaxili dələduzluq hallarının artması kimi risklər də nəzərə alınmalıdır. Bazar riski üzrə təhlillərdə isə faiz dərəcələri, valyuta məzənnələri, qiymətli kağızların və əmtəələrin qiymətlərindəki dəyişikliklərin banka təsiri qiymətləndiriləcək.

“Bottom-up” testləri nə məqsəd daşıyır?

Qaydalarda “bottom-up” (aşağıdan yuxarı) stres-testlərinə dair tələblər də yer alıb. “Bottom-up” testləri, proqram təminatı və ya bank stress-testlərində əsas modullardan başlayaraq sistemin daha üst, kompleks səviyyələrinə doğru irəliləyən bir yoxlama metodudur. Bu yanaşmada alt səviyyə komponentlər əvvəlcə ayrıca test edilir, sonra isə inteqrasiya olunaraq yuxarıya doğru testlər davam etdirilir. Bu cür testlər sistem əhəmiyyətli olduqda yarımillik, digər hallarda isə illik əsasda həyata keçirirlər. Üstünlüyü isə bank sistemində xətaların tez tapılmasına kömək edir və sistemin möhkəm olmasını təmin edir.

Həmin sxem üzrə MB hər il dekabrın 30-dək illik, iyunun 30-dək isə yarımillik stres-testlər üçün makroiqtisadi proqnozları banklara təqdim edəcək. Sistem əhəmiyyətli banklar “bottom-up” stres-testlərini yarımillik və illik əsasda, digər banklar isə illik əsasda həyata keçirməli olacaq. İllik stres-testlərin nəticələri və tədbirlər planı makroiqtisadi proqnozlar 45 təqvim günü ərzində Mərkəzi Banka təqdim ediləcək.

“Bottom-up” testləri zamanı kredit portfelinin məqsədli şəkildə kiçildilməsi, aktivlərin risk qrupunun yaxşılaşdırılması və ya əlverişsiz ssenarilərdə gəlirlərin süni artırılması kimi hallara yol verilmir. MB tərəfindən təqdim edilən nəticələr 30 təqvim günü ərzində qiymətləndiriləcək və nəticələr risk-əsaslı nəzarət prosesində nəzərə alınacaq.

Beləliklə, bank sektorunda aparılacaq stress-testlər nəticəsində bank kapitalının şoklara dözümlüyü, şoklar nəticəsində bankın məruz qaldığı maksimum zərər və bankın fəaliyyətindəki digər boşluqlar müəyyən ediləcək, yarana biləcək risklərin qarşısının alınması üçün tədbirlər planı hazırlanacaq. Bu isə bankların potensial kapital çatışmazlığının aradan qaldırılmasında mühüm rol oynayacaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 May 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see414

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see236

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see231

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see216

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see185

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see179

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see177

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see173

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see165

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see159

Tramp Hörmüzə görə kompensasiya gözləyir

14 İyul 2026 08:52see156

Bakıda işıq kəsiləcək Bu ərazilərdə

14 İyul 2026 08:53see154

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see151

Tramp: İrana zərbələrin davam etməsinə baxmayaraq, razılaşma mümkündür

14 İyul 2026 05:45see146

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see146

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see145

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see145

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see143

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see142

Rihanna illər sonra səhnəyə qayıtdı Video

14 İyul 2026 07:14see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri