Icma.az
close
up
RU
Avropada iqlim risklərinə qarşı dayanıqlılıq gücləndirilir

Avropada iqlim risklərinə qarşı dayanıqlılıq gücləndirilir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Berlin, 27 oktyabr, AZƏRTAC

Avropa Komissiyası Avropanın iqlim risklərini qabaqcadan müəyyənləşdirmək, onlara hazırlaşmaq və idarə etmək imkanlarını gücləndirmək məqsədilə İqlim dayanıqlılığı çərçivə sənədini təqdim edib.

AZƏRTAC xəbər verir ki, Komissiyanın məlumatında 2022–2025-ci illərdə iqlim dəyişmələrinin vurduğu iqtisadi zərərin təxminən 200 milyard avro, orta illik hesabla isə 50 milyard avro təşkil etdiyi vurğulanıb.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib ki, Avropa qlobal orta göstərici ilə müqayisədə iki dəfə sürətlə istiləşir. O deyib ki, iqlim dəyişmərinə qarşı dayanıqlılığı təmin etmək üçün Avropa riskləri qabaqcadan qiymətləndirməli, hazırlaşmalı və dəyişən şəraitə uyğunlaşmalıdır.

Çərçivə sənədi iqlim dayanıqlılığının əsas siyasət sahələrinə daxil edilməsini, yerli və regional hakimiyyət orqanlarının dəstəklənməsini, eləcə də iqlim risklərinin daha müntəzəm qiymətləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, Avropanın infrastrukturunu və iqtisadiyyatını gələcək iqlim şəraitinə uyğunlaşdırmaq üçün ildə təxminən 70 milyard avro investisiya tələb oluna bilər. Avropa Komissiyası, həmçinin milli planlaşdırma öhdəliklərinin sadələşdirilməsini və iqlim risklərinin qiymətləndirilməsi üçün vahid milli strateji planın tətbiqini təklif edir.

Komissiya çərçivənin icrasına dərhal başlayacaq. 2028-ci ildə isə Avropa İttifaqı səviyyəsində iqlim dayanıqlılığı üzrə strateji planın təqdim edilməsi nəzərdə tutulur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri