Icma.az
close
up
RU
Bank sektorunda son vəziyyət

Bank sektorunda son vəziyyət

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Mərkəzi Bankı bank sektoru barədə 8 aylıq maliyyə nəticələrini açıqlayıb. Marja.az Mərkəzi Banka istinadən məlumatı təqdim edir. 

Bank sektoru 

31 avqust 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 498, şöbələrinin sayı 87, ATM-lərin sayı 3,379 olmuşdur. İlin əvvəlindən bank sektorunda çalışanların sayı 5.4% və ya 1,372 nəfər artaraq 26,735 nəfər təşkil etmişdir. 

Fəaliyyətdə olan bankların cəmi aktivləri 55,672.4 mln. manat, cəmi öhdəlikləri 48,595.3 mln. manat, balans kapitalı 7,077.1 mln. manat olmuşdur. 

Hesabat ayında bankların kredit portfeli 0.7% və ya 206.7 mln. manat artaraq 28,704.9 mln. manat olmuşdur.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 52.6% (15,091.8 mln. manat);

ıı) istehlak kreditləri – 31.7% (9,114.5 mln. manat) 

ııı) ipoteka kreditləri – 15.7% (4,498.6 mln. manat). 

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75.1%-i və ya 36,517.8 mln. manat. Depozit portfelinin 58.7%-i (21,431.8 mln. manat) hüquqi şəxslərin, 41.3%-i (15,086 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 

Fiziki şəxslərin əmanətlərinin 67.3%-i (10,149.5 mln. manat) milli valyutada, 32.7%-i (4,936.5 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.4%-i (9,560.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri avqust ayında 0.4% və ya 40.9 mln. manat artmışdır. 

2025-ci ilin avqust ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.3% (3,949 əmanətçi), ilin əvvəlindən isə 18% (27,132 əmanətçi) artmışdır. • Hüquqi şəxslərin tələbli depozitləri 16,170.1 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.4%-ni təşkil etmişdir.

2025-ci ilin yanvar - avqust aylarında banklar 774.3 mln. manat xalis mənfəət, 1,187.5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 8 ayında banklar tərəfindən ümumilikdə 187.9 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.

Monetar sektor 

Cari ilin avqust ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 0.4% artaraq 36,806.2 mln. manat təşkil etmişdir. • Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 178.1 mln. manat artaraq 2,763.6 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.

Ödənişlər sektoru 

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 216 min ədəd artaraq 21 milyon 129 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 17% artmış, kredit kartlarının sayı isə 7% azalmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20% artmışdır. 2025-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,172 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7,153 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,015 mln. manatı POSterminallar, 4 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.3%-ni təşkil etmişdir. 

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 8.3%, POS-terminalların sayı 50.7% artmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://marja.az
archiveBu xəbər 29 Sentyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see282

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see276

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see268

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see256

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see254

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see249

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see243

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see241

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see230

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see225

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see223

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see213

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see205

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see205

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see202

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see200

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see191

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see189

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see183

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri