Icma.az
close
up
RU
Bank sektorunda son vəziyyət açıqlandı

Bank sektorunda son vəziyyət açıqlandı

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mərkızi Bank "Statistik bülleten"inin İyul sayını dərc edib.

Bank sektoru 

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Marja.az bülletenə istinadən xəbər verir ki, 31 İyul 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 498, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,357 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.2% və ya 56 nəfər artaraq 26,127 nəfər təşkil etmişdir. 

Fəaliyyətdə olan bankların cəmi aktivləri 55,700.1 mln. manat, cəmi öhdəlikləri 48,689.7 mln. manat, balans kapitalı isə 7,010.4 mln. manat olmuşdur.

Hesabat ayında bankların kredit portfeli 0.1% və ya 26 mln. manat artaraq 28,498.2 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 52.8% (15,055.8 mln. manat); ıı) istehlak kreditləri – 31.6% (9,002.2 mln. manat) və ııı) ipoteka kreditləri – 15.6% (4,440.2 mln. manat). Bankların kredit portfelinin 85.8%-i milli valyutada, 14.2%-i xarici valyutada verilmiş kreditlərdən ibarətdir (2024-cü ilin sonuna bu nisbətlər müvafiq olaraq 83.9% və 16.1% olmuşdur). 

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75.3%-i və ya 36,650.9 mln. manat. Depozit portfelinin 58.8%-i (21,537 mln. manat) hüquqi şəxslərin, 41.2%-i (15,113.9 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 

Fiziki şəxslərin əmanətlərinin 67.2%-i (10,159.1 mln. manat) milli valyutada, 32.8%-i (4,954.8 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63%-i (9,519.9 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyul ayında 1.2% və ya 111.8 mln. manat artmış, tələbli əmanətləri isə 1% və ya 58.7 mln. manat azalmışdır (fiziki şəxslərin cəmi əmanətləri son 1 ayda 0.4% artmışdır).

2025-ci ilin iyul ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 3.3% (5,529 əmanətçi), ilin əvvəlindən 15.4% (23,183 əmanətçi) artmışdır.

Hüquqi şəxslərin tələbli depozitləri 16,141.1 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.9%-ni təşkil etmişdir. 

2025-ci ilin yanvar – iyul aylarında banklar 682.8 mln. manat xalis mənfəət, 1,085.9 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 7 ayında banklar tərəfindən ümumilikdə 165.7 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.

Monetar sektor

Cari ilin iyul ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvaviq dövrünə nəzərən 3.4% artaraq 36,662.6 mln. manat təşkil etmişdir.

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 154.8 mln. manat artaraq 2,740.2 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.

Ödənişlər sektoru 

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 271 min ədəd artaraq 20 milyon 913 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 17% artmış, kredit kartlarının sayı isə 7% azalmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20.2% artmışdır. 2025-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,753 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7,629 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,120 mln. manatı POSterminallar, 5 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil etmişdir.

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 8.3%, POS-terminalların sayı 48.7% artmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://marja.az
archiveBu xəbər 29 Avqust 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri