Bank sektorunun iqtisadi artımda rolu gücləndirilməlidir İqtisadçı
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2025-ci ilin avqust ayının 1-nə Azərbaycanın bank sektorunun aktivləri 55 milyon 700.1 milyon manat təşkil edib. Bu, ötən ilin avqust ayının 1-i ilə müqayisədə 13.5 faiz çoxdur. Bankların aktivlərindəki artımın səbəbi nədir?
Məsələyə münasibət bildirən Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov 525.az-a deyib ki bank sektorunun aktivlərinin artması çərçivəsində müvafiq struktur dəyişiklikləri edilməlidir. Belə ki, bir tərəfdən əl çatan kreditlərin payı artırılmalıdır. Yəni istehsala əlavə dəyərin yaranmasına yönəlik kreditlərin payının düzgün şəkildə artırılmasına nail olunmalıdır. Bütövlükdə bank sektorunun aktivlərinin strukturunda məhz kreditlərin payının artırılması bir hədəf olmalıdır. Çünki son nəticədə bu ölkədə işgüzar fəallığın stimullaşdırılmasına təkan verəcək. İnvestisiyaların artımına xidmət edəcək:
“Nəzərə almaq lazımdır ki, bazar iqtisadiyyatı şəraitində məhz özəl daxili investisiya institutunun aktiv şəkildə inkişaf etməsi iqtisadi artıma, inkişafa vacib təkandır. Düşünürəm ki, bank sektorunun iqtisadi artımda rolu gücləndirilməlidir. Müvafiq hədəflərin qoyulması vacibdir. İl ərzində kreditləşmənin bir tərəfdən həcminin, digər tərəfdən aktivlər çərçivəsində onun payının artması bir hədəf kimi müəyyən edilməlidir”.
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 01 Sentyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















