Icma.az
close
up
RU
İqtisadçı: 2026 cı ildə qeyri neft sektorunun rolu güclənəcək

İqtisadçı: 2026 cı ildə qeyri neft sektorunun rolu güclənəcək

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 dekabr, AZƏRTAC

2026-cı ildə Azərbaycan üzrə iqtisadi proqnozlarda əsas xətt odur ki, ümumi iqtisadi artım “mülayim”, artımın “daşıyıcısı” kimi qeyri-neft sektorunun rolu isə güclü olacaq.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı Kamran Hacıyev deyib.

Onun sözlərinə görə, dövlətin 2026-cı il makro çərçivəsi qeyri-neft ÜDM-də təxminən 5 faiz real artım gözləntisini önə çıxarır. Bu isə daxili tələbin, xidmətlərin, tikinti və emalın genişlənməsi ilə əlaqələndirilir.

“Eyni zamanda, beynəlxalq proqnozlar da 2026-cı il üçün artımı stabilləşən trayektoriyada görür (məsələn, Beynəlxalq Valyuta Fondu mənbələrində 2026-cı il üçün artım təxminləri ayrıca göstərilir), yəni sürətli sıçrayışdan çox, planlı diversifikasiya və investisiya layihələri ön plana keçir.

“Mühüm icra gözləntisi olan blok nəqliyyat–logistika və dəhliz infrastrukturudur. 2026-cı ildə xüsusilə Zəngəzur istiqamətinə bağlanan layihələr (dəmir yolu və sərhədədək uzanma) ölkənin tranzit qabiliyyətini artırmaqla yanaşı, yükdaşıma, anbarlama, gömrük-logistika xidmətləri və əlaqəli bizneslərdə əlavə dəyər yaradır. Horadiz–Ağbənd dəmir yolunun gələn il tamamlanmasının planlaşdırıldığı barədə həm “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY), həm də rəsmi çıxışlara istinadla məlumatlar verilir. Bu tip layihələr regionların bazara çıxışını asanlaşdırdığı üçün təkcə tikinti mərhələsində deyil, sonrakı əməliyyat dövründə də iqtisadi aktivliyi böyüdür. 2026-cı ildə kənd təsərrüfatı da irəliləyiş gözlənilən əsas sahələrdəndir. Dövlət təkcə xammal istehsalına deyil, daha məhsuldar və gəlirli kənd təsərrüfatına fokuslanır. 2026-cı ildə doğru suvarma sistemlərinin genişləndirilməsi, “ağıllı kənd təsərrüfatı” (damcı suvarma, texnologiya əsaslı istehsal), istixana təsərrüfatları və aqrar emal müəssisələrinin artması gözlənilir. Bu, fermerlərin məhsulu tarlada satmaq əvəzinə emal edib daha baha bazara çıxarmasına imkan verir. Xüsusilə də Qarabağ və Şərqi Zəngəzur bölgələrində kənd təsərrüfatının bərpası prioritetdir: taxılçılıq, heyvandarlıq, meyvə-tərəvəz və üzümçülük üzrə yeni təsərrüfatlar qurulur. Logistika və ixrac imkanları genişləndikcə kənd təsərrüfatı 2026-cı ildə həm daxili bazar, həm də ixrac üçün daha güclü sektor olacaq”, - deyə iqtisadçı vurğulayıb.

K.Hacıyev əlavə edib ki, növbəti böyük istiqamət yaşıl enerji və regional inkişafdır: “Günəş və külək stansiyalarının portfeli genişləndikcə, şəbəkə inteqrasiyası, yerli podrat zənciri, mühəndislik–təchizat xidmətləri və istehsal-komponent biznesləri üçün bazar böyüyür. Bərpaolunan enerjinin payı artdıqca, sənaye parkları, kənd təsərrüfatı emalı və logistika kimi qeyri-neft sahələrində də enerji təminatı və xərclərin optimallaşması hesabına rəqabət qabiliyyəti yüksələ bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri