Icma.az
close
up
RU
Bank + Sığorta = Yeni imkanlar

Bank + Sığorta = Yeni imkanlar

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycanın "Bancassurance" hədəfləri

Son illər Azərbaycanda bank və sığorta sektorlarının bir-birinə inteqrasiyası ictimaiyyət arasında gündəmə gəlir. Ölkəmizdə sığorta inklüzivliyinin genişləndirilməsi vacib prioritetlərdən birinə çevrilib. Azərbaycan Mərkəzi Bankı (AMB) da bu istiqamətdə açıq addımlar atır. 

Yeri gəlmişkən, Amerika Ticarət Palatasının ("AmCham") təşkilatçılığı ilə Bakıda keçirilən "Bank və sığorta sektorlarının inteqrasiyası" mövzusunda tədbir keçirildi. Əsas mövzulardan biri də Azərbaycanda bank sektorunun imkanlarından istifadə edərək sığorta inklüzivliyinin artırılmasının əsas hədəflərdən biri olması idi. 

2023-cü ildə dünyada "Bancassurance" (bankdan asılı sığorta) bazarının ümumi məbləği 1,4 trilyon ABŞ dolları olub, 2030- cu ilə qədər isə 2 trilyon ABŞ dollarını ötəcəyi gözlənilir: "Bir sıra ölkələrdə "Bancassurance" daha sürətlə inkişaf edən seqmentdir. Bu seqmentin potensialından istifadə edilməsi bizim strateji hədəfimizdir. Nəzərə alaq ki, ölkəmizdə bank əsaslı maliyyə sistemi mövcuddur. Banklar dominant oyunçulardır. Maliyyə sektorunun 94 faizi bank sektorundan ibarətdir. 

Məlumdur ki, banklar artıq geniş müştəri bazasına sahibdirlər, onların filial şəbəkəsi, ödəniş və kredit infrastrukturu var, banklarla sığorta şirkətləri arasındakı əməkdaşlıq sığortanın yayılması, daha əlverişli şərtlərlə təklif edilməsi və geniş ictimai təmsillik baxımından “qrup effekti” yarada bilər. 

Başqa sözlə, sığorta xidmətlərini “sadə bank əməliyyatlarının” bir hissəsinə çevirmək – sığorta inklüzivliyini, yəni insanların asanlıqla sığortaya çıxışını əhəmiyyətli dərəcədə artırma potensialı daşıyır. Azərbaycanda bu yanaşma getdikcə daha ciddi müzakirə olunur. Bank sektorunun imkanlarından istifadə edərək sığorta inklüzivliyini artırmaq əsas hədəflərdən biridir. 

Buna paralel olaraq, ölkənin sığorta bazarı da inkişaf tempini sürətləndirib. Məsələn, son illərdə sığorta xidmətləri penetrasiyasında artım qeydə alınıb – 2021-ci ildə 16 faiz, 2022-də 18 faiz, 2023-də isə 26 faiz artım olmuşdur. Bu da göstərir ki, ictimai tələbat və maliyyə savadlılığı üzrə boşluq azalır – və bank-sığorta inteqrasiyası bu boşluğu doldurmaq üçün münbit zəmin təmin edə bilər. AMB-nin 2024-2026-cı illər üçün təsdiq olunmuş “Maliyyə sektorunun inkişaf strategiyası”nda da bu istiqamət – sığorta, bank və digər maliyyə xidmətlərinin daha sıx inteqrasiyası – prioritetlərdəndir. 

“Bancassurance” Azərbaycanda həm də çağırış deməkdir. Sığorta şirkətləri və banklar arasında texniki, inzibatçı və əməliyyat koordinasiyası tələb olunur. Ənənəvi sığorta vasitəçilərindən fərqli olaraq, “bancassurance ”modelində banka daxil olmuş müştəriyə sığorta satışı edilməlidir. Bu, həm bank filiallarının, həm də sığorta şirkətlərinin müştəri ilə münasibətləri yenidən qurmasını tələb edir. 

Digər tərəfdən, bir sıra vətəndaşlar üçün sığorta hələ lüks və ya “gözlənilməz hadisələrə hazırlaşmaq” kimi görünür. “Bancassurance” bu mifik görünüşü azalda bilər – amma bunun üçün bank filiallarında, kommunikasiya kampaniyalarında, maarifləndirmədə ciddi iş lazımdır. Hüquqi və normativ baza da bu işdən əsas prinsiplərdən hesab olunur. AMB-nin strateji planı çərçivəsində “açıq sığortaçılıq” kimi modelləri üçün normativ baza hazırlanması nəzərdə tutulur. 

Azərbaycanda sığorta inklüzivliyinin artması bir neçə baxımdan əhəmiyyət kəsb edir. Risklərin yumşaldılması, maliyyə dayanıqlılığı. Yəni insanlar və bizneslər kredit götürərkən, əmlak aldıqda və ya investisiya edərkən sığorta sistemi vasitəsilə özlərini gözlənilməz zərərlərdən qoruyacaq. Bu, makroiqtisadi sabitliyə töhfə verə bilər. Ümumiyyətlə, “Bancassurance” bank xidmətləri ilə birlikdə sığorta məhsullarını gündəlik maliyyə portfelinə daxil edəcək. Bu da vətəndaşların maliyyəni planlaşdırma vərdişini və məsuliyyət hissini gücləndirə bilər. Sığorta bazarının böyüməsi, investisiya cəlbi və dayanıqlı maliyyə sistemi sığorta sektoru böyüdükcə kapital bazarı, risk idarəçiliyi və investisiya imkanları da genişlənə bilər. Bu da bankların və sığorta şirkətlərinin daha dayanıqlı olmasına kömək edər. 

“Açıq sığortaçılıq” və “sığorta xidməti kimi” modellərinin qanunvericiliklə dəstəklənməsi və AMB-nin 2024-2026-cı illər strategiyası bu istiqamətdədir. Bügünkü Azərbaycanda “bank + sığorta” inteqrasiyası sadəcə yeni bir kommersiya modelindən daha çox, maliyyə inklüzivliyi və sosial rifah üçün mühüm şansdır. Qlobal təcrübə göstərir ki, “Bancassurance” uğurlu olduqda, milyonlarla insan üçün sığorta “elit xidmət” yox, gündəlik maliyyə planının bir hissəsinə çevrilir. 

AMB-nin və sığorta assosiasiyaları 3-cü sektorun nümayəndələrinin bu istiqamətdə açıqlamaları, eyni zamanda, rəqəmlərdə sığorta bazarının artım tempi – hamısı onu göstərir ki, Azərbaycanda sığorta inklüzivliyini artırmaq üçün “Bancassurance” modelinin genişləndirilməsi real fürsətdir. Əgər bu model uğurla qurularsa, bank sektorunun gücü, sığorta şirkətlərinin peşəkarlığı və vətəndaşların maliyyə savadlılığı birlikdə ölkədə sığorta mədəniyyətini dərinləşdirə bilər, risklər daha adekvat bölüşdürülə, maliyyə stabilliyi güclənə bilər.

Nurlan ABDALOV

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see784

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see702

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see257

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see246

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see243

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see233

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see231

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see220

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see213

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see194

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see188

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see187

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see186

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see183

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see181

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see180

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see172

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see172

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see165

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri