Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Bank sığorta xidmətlərində əlçatanlıq yüksəlir

Bank sığorta xidmətlərində əlçatanlıq yüksəlir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda son illər bank və sığorta sektorlarının yaxınlaşması diqqətçəkən tendensiyalardan birinə çevrilib. Maliyyə xidmətlərinin inteqrasiyası, xüsusilə də “Bancassurance” modelinin tətbiqi, ölkədə sığorta inklüzivliyinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan Mərkəzi Bankının bu sahədə ardıcıl atdığı addımlar həm bazarın institusional inkişafına, həm də əhalinin maliyyə savadlılığının artmasına xidmət edir. Sığorta inklüzivliyinin ölkə üçün dəyəri çoxşaxəlidir. İlk növbədə, sığorta mexanizmləri risklərin idarə olunmasını asanlaşdırır və həm fərdlərin, həm də biznes subyektlərinin maliyyə dayanıqlılığını gücləndirir. Kredit götürən vətəndaşlar, əmlak alanlar və investisiya fəaliyyəti ilə məşğul olanlar sığortalanma vasitəsilə potensial itkilərdən qorunmuş olur. Bu isə bütövlükdə iqtisadi sistemin sabitliyinə müsbət təsir göstərir.

Digər tərəfdən, “Bancassurance” modeli bank xidmətləri ilə sığorta məhsullarının vahid platformada təqdim olunmasını mümkün edir. Bu yanaşma vətəndaşların maliyyə alətlərinə çıxış imkanlarını genişləndirir, planlaşdırma vərdişlərini möhkəmləndirir və maliyyə məsuliyyətini artırır. Bankların geniş müştəri şəbəkəsi sığorta bazarının daha sürətli böyüməsinə şərait yaradır və sektorun investisiya cəlbediciliyini artırır.

Sığorta bazarının genişlənməsi həmçinin kapital bazarlarında aktivliyin artmasına, risk idarəçiliyi mədəniyyətinin möhkəmlənməsinə və daha sağlam maliyyə ekosisteminin formalaşmasına imkan verir. Bu proses həm bankların, həm də sığorta şirkətlərinin dayanıqlılığını artırır və maliyyə sektorunda uzunmüddətli sabitliyə zəmin yaradır.

Hazırda Azərbaycanda banklarla sığorta şirkətləri arasında əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi istiqamətində müzakirələr daha da intensivləşib. Sektor nümayəndələri hesab edir ki, “Bancassurance” modeli yaxın illərdə ölkə üzrə geniş tətbiq olunsa, həm maliyyə inklüzivliyinə, həm də iqtisadi təhlükəsizliyə ciddi töhfə verəcək.

Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev XQ-yə açıqlamasında qeyd etdi ki, bu gün lokal və qlobal sığorta bazarlarında sığorta məhsulları istehlakçılara müxtəlif satış kanalları vasitəsilə təklif olunur:

– Bu kanallardan biri də bank kanalıdır. Banklar sığorta sənayesi məhsulları üçün həm əlverişli satış kanalı hesab olunur, həm də “Bancassurance” (bank sığortaçılığı) mexanizmi çərçivəsində ortaq məhsulların formalaşdırılması ilə istehlakçıların sığortaya əlçatanlığını artırmaqda münbit zəmin yaradır. “Bancassurance” yerli maliyyə sektorumuz üçün yeni bir anlayış deyil. Artıq bir neçə ildir ki, bu istiqamət üzrə iş aparılır və sığorta məhsullarının bank kanalları vasitəsilə satışı uğurla həyata keçirilirdi.

Müsahibimiz onu da bildirdi ki, Mərkəzi Bank tərəfindən həyat sığortalarına yeni tənzimləyici qaydalar gətirildi:

– Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2024-cü il tarixli qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na əlavə və düzəlişlər təsdiq edildi. Bu məqsədyönlü islahat bank-sığorta əməkdaşlığında yeni və daha uğurlu mərhələnin başlanğıcı oldu. Nəticədə, bank və sığorta sektorlarının təmsilçilərindən ibarət Təşkilat Komitəsi formalaşdırıldı və “Kredit həyat sığortası” məhsulu daha optimal və vətəndaşyönümlü əsaslarla yenidən formalaşdırıldı.

Bununla bağlı qeyd edə bilərik ki, müvafiq islahat tədbiri nəticəsində hazırda istənilən vətəndaş istehlak krediti üçün banka müraciət edərkən daha optimal şərtlərlə və daha geniş təminat əhatəsi ilə ailə büdcəsi risklərini vaxt itirmədən sığortalaya bilir. Bank-sığorta məhsullarının sinerjisi təkcə həyat yox, qeyri-həyat sığorta məhsulları üzrə də həyata keçirilir.

Biz bu istiqamətdə ipoteka kreditlərinin sığortasını, daşınmaz əmlak sığortasını, səfər sığortasını misal göstərə bilərik. İstər Azərbaycan Respublikası Mərkəzi Bankının “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində həyata keçirdiyi islahat tədbirləri, istərsə də bank-sığorta sektorlararası əməkdaşlığının cari real aktivliyi bank sığortaçılığı istiqamətinin qarşıdakı dövr ərzində daha da inkişaf edəcəyini deməyə əsas verir və əminlik yaradır.

Yekun olaraq, bank və sığorta sektorlarının inteqrasiyası Azərbaycanda maliyyə xidmətlərinin təşkilində tamamilə yeni bir yanaşma formalaşdırır. “Bancassurance” modeli həm vətəndaşların risklərdən qorunması, həm də maliyyə savadlılığının artması baxımından əhəmiyyətli rol oynaya bilər. Bu sistemin geniş tətbiqi, xüsusilə də bankların güclü infrastrukturundan istifadə etməklə sığorta məhsullarının daha geniş auditoriyaya çatdırılması, iqtisadi dayanıqlılığın möhkəmlənməsinə xidmət edəcək.

Nurlan ABDALOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Dekabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see609

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see540

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see412

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see325

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see287

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see283

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see281

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see268

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see267

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see245

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see227

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see218

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see215

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see213

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see208

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see200

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see192

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see184

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see183

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri