Icma.az
close
up
RU
Banka borcu olanlara BƏD xəbər Bundan sonra...

Banka borcu olanlara BƏD xəbər Bundan sonra...

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Azərbaycanda bank borclarını vaxtında ödəməyənlərə qarşı tədbirlərin sərtləşdirilməsi gözlənilir. Belə ki, qanunvericiliyə dəyişikliklə icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur. Bu, “Dövlət icra məmurları haqqında” Qanuna dəyişikliklər layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, icra məmuru tələbi borclunun hesabındakı pul vəsaitlərinə, qiymətli əşyalarına, habelə bank və digər kredit təşkilatlarındakı əmanətlərinə yönəldə bilər. Layihədə isə tələbin dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Yeni sənədə əsasən isə, icra məmuru tələbi borclunun əmlakına, o cümlədən nağd vəsaitlərinə, bank, digər kredit və ya elektron pul təşkilatlarındakı hesab və əmanətlərinə, habelə saxlancda olan pul vəsaitlərinə yönəldə biləcək.

Maraqlıdır, icra məmurlarının səlahiyyətlərinin bu dərəcədə genişləndirilməsi sui-istifadə hallarına yol açmayacaq ki?


Vəkil Roman Qaraşov Musavat.com-a bildirib ki, icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi institutu mahiyyət etibarilə yeni mexanizm deyil, məcburi icra institutunun effektivliyinin artırılmasına yönəlmiş normativ dəqiqləşdirmə kimi çıxış edir:

“Mövcud dəyişikliklər borclunun aktivlərinin yalnız bank hesabları ilə məhdudlaşmamasını, nağd vəsaitlər, elektron pul hesabları və digər maliyyə alətləri də daxil olmaqla daha geniş əmlak dairəsinə şamil olunmasını nəzərdə tutur ki, bu da müasir maliyyə dövriyyəsinin reallıqları ilə uzlaşır. Azərbaycan Respublikasının “Dövlət icra məmurları haqqında” Qanununun 8-ci maddəsinə əsasən, icra məmurları artıq tələbi borclunun əmlakına, gəlirlərinə və digər sərvətlərinə yönəltmək hüququna malikdir və dəyişikliklər bu hüququn tətbiq sferasını konkretləşdirir. Eyni zamanda, problemli kreditlərin artım dinamikası (son dövrdə əhəmiyyətli yüksəliş) fonunda dövlətin kreditor hüquqlarının müdafiəsini gücləndirməsi hüquqi siyasət baxımından əsaslandırılmış hesab olunur”.

Sui-istifadə riskləri ilə bağlı narahatlıqlara gəldikdə isə ekspert deyib ki, hüquqi sistem daxilində bu riskləri minimallaşdıran çoxsəviyyəli təminatlar mövcuddur:

“Belə ki, “Dövlət icra məmurları haqqında” Qanunun 9-cu maddəsi icra məmurlarının fəaliyyətində fiziki və hüquqi şəxslərin hüquq və qanuni mənafelərinin qorunmasını imperativ norma kimi müəyyən edir, 11-ci maddə isə onların hərəkətlərindən məhkəməyə və ya yuxarı instansiyaya şikayət vermək hüququnu təmin edir. Bundan əlavə, icra tədbirləri yalnız qanuni qüvvəyə minmiş icra sənədləri əsasında həyata keçirilir və mütənasiblik prinsipi tətbiq olunur. Müqayisəli hüquq müstəvisində də oxşar yanaşma müşahidə edilir: məsələn, Avropa ölkələrinin bir çoxunda (xüsusilə Almaniya və Fransada) icra məmurları borclunun bütün maliyyə aktivlərinə, o cümlədən elektron və rəqəmsal hesablarına çıxış imkanına malikdirlər, lakin bu səlahiyyətlər ciddi məhkəmə və institusional nəzarət mexanizmləri ilə balanslaşdırılır”.

Onun fikrincə, bu baxımdan, Azərbaycan qanunvericiliyində nəzərdə tutulan dəyişikliklər beynəlxalq təcrübəyə uyğun olmaqla yanaşı, sui-istifadə ehtimalını sistemli xarakter alacaq səviyyədə artıran hüquqi boşluq yaratmır, əksinə, icra prosesinin səmərəliliyini artırmaqla yanaşı hüquqi balansı qorumağa xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Aprel 2026 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri