Icma.az
close
up
RU
Banka əmanət yerləşdirərkən faizlə yanaşı, 3 önəmli nüansa diqqət etməliyik

Banka əmanət yerləşdirərkən faizlə yanaşı, 3 önəmli nüansa diqqət etməliyik

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bütün banklarda 12%-ə qədər yerləşdirilən əmanətlər qorunur. Hər hansı bir bank bağlansa belə, banka mədaxil etdiyimiz illik 12% gəlirli əmanətimiz tam şəkildə dövlət tərəfindən sığortalanır. Bu qaydalara görə, əmanətinizi hansı bankda yerləşdirməyinizin əhəmiyyəti azdır, çünki bank bağlansa belə, dövlət həmin pulu sizə ödəyəcək.

Banka depozit yerləşdirərkən yalnız sığortalanan 12%-ə baxmaq kifayət etmir. Yəni depozit yerləşdirərkən sırf bu sığortalanan 12%- dən başqa bizim üçün üstünlükləri olsun deyə nələrə diqqət etməliyik? 

Maliyyə və bank eksperti Xəyal Məmmədli Valyuta.az-a açıqlamasında bildirib ki, banklar Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bu fonda xidmət haqqı ödəyirlər. Buna əsasən də, bütün banklarda müştərilərin əmanətlərinin müəyyən qanunvericilik şərtləri daxilində qorunmasını təmin edir. Əmanətlərin Sığortalanması Fondu əmanətləri milli və xarici valyutalar üzrə müxtəlif faizlərlə qoruyur. Bu şərtlər bütün banklar üçün eyni olsa da, diqqət ediləsi müxtəlif məsələlər də var.

X.Məmmədli qeyd edib ki, burda önəmli məsələlərdən biri əmanət vaxtından əvvəl götürüldükdə faizlərin hesablanmasıdır:

"Bəzi banklarda vaxtından əvvəl götürülən əmanət üçün heç bir faiz hesablanmır, digərlərində isə müəyyən müddətə görə faizlər hesablanır. Məsələn, üç aya qədər faiz hesablanmır, altı aya qədər müəyyən faiz verilə bilər və il sonunda isə faiz dərəcəsi daha yüksək ola bilər. Müqavilə imzalamadan əvvəl bu şərtlərə diqqət etmək vacibdir. Müştəri vaxtından əvvəl əmanəti götürən zaman bu məsələ onun yadına düşür. Öncədən bilsək, yaxşıdır".

X.Məmmədli bildirib ki, əmanət girovlu kredit və kredit xətti də diqqət edilməli məsələdir: 

"Müştəri bəzən əmanətini vaxtından əvvəl götürmək istəmir, amma qısa müddətli maliyyə ehtiyacı yaranır. Bu halda, əmanətin girovu ilə kredit götürmək mümkündür. Banklar, adətən, əmanətin faiz dərəcəsinə əlavə olaraq müəyyən faizlə kredit verirlər. Əmanət girovlu kreditin faiz dərəcəsi adətən əmanət faizinin üzərinə 3% əlavə edilir, amma bəzi banklarda bu faiz daha yüksək ola bilər. Krediti rəsmiləşdirərkən xidmət haqqı və ya komissiya ödənib-ödənilmədiyini də yoxlamaq lazımdır". 

"Daha bir önəmli məqam isə, bankın xidmət keyfiyyətidir. Məsələn, onlayn xidmətin mövcudluğu, onlayn arayış almaq, və ya onlayn kredit almaq imkanları bank seçərkən nəzərə alınmalıdır. Həmçinin, bankın müqavilə şərtləri ilə tanış olmaq və bu məsələlərə diqqət etmək müştərilər üçün çox önəmlidir. Nəticə etibarilə, əmanət qoyarkən yalnız faiz dərəcələrinə deyil, həmçinin bankın şərtlərinə, xidmət keyfiyyətinə və digər şərtlərə də diqqət yetirmək lazımdır", - deyə ekspert vurğulayıb.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Noyabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri