Icma.az
close
up
RU
Banka əmanət yatıranların NƏZƏRİNƏ Faizlərlə bağlı YENİ QƏRAR

Banka əmanət yatıranların NƏZƏRİNƏ Faizlərlə bağlı YENİ QƏRAR

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi yeni metodologiya əsasında hesablanaraq 12 % səviyyəsində saxlanılmasına dair qərar qəbul edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) məlumat verilib.
 

"Metodologiyaya müvafiq olaraq aparılmış hesablamalara əsasən, 2025-ci ilin son altı ayı ərzində banklar tərəfindən fiziki şəxslərdən milli valyutada cəlb olunmuş uzunmüddətli əmanətlər (müddəti 9 aydan çox olan əmanətlər) üzrə orta bazar faiz dərəcəsi azalma dinamikası nümayiş etdirməklə 10 % təşkil edib.


Fondun Himayəçilik Şurasının 28 yanvar 2026-cı il tarixli iclasında, sözügedən metodologiyadan irəli gələrək üzərinə 2 faiz bəndi əlavə edilməklə, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin dəyişdirilməyərək 12 % səviyyəsində saxlanılmasına dair qərar qəbul edilib", - məlumatda deyilir.
Bildirilir ki, "Əmanətlərin sığortalanması haqqında" Qanunun 8.1.20-ci maddəsi ilə nəzərdə tutulan prosesin səmərəliliyinin artırılması məqsədilə, Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmaqla ƏSF tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsinə dair Metodologiya təsdiq edilib.
"Metodologiyanın məqsədi, qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin bazarda formalaşan depozit faizləri üzrə real dinamika ilə uzlaşdırılmasını, eləcə də bu həddin şəffaf və ölçülə bilən meyarlar əsasında müəyyən olunmasını təmin etməkdən ibarətdir", - ƏSF-dən bildirilib.
Qeyd edək ki, adı çəkilən metodologiya əsasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinə dair növbəti qərarların ildə iki dəfə olmaqla qəbul edilməsi, həmin qərarların Fondun rəsmi internet səhifəsində açıqlanması və bank əmanətçilərinin müvafiq qaydada məlumatlandırılması təmin ediləcək.
Məlumat üçün bildirilir ki, məsələ ilə bağlı növbəti qərarın 2026-cı ilin iyul ayında qəbul edilməsi nəzərdə tutulub.
Sığortalanmış əmanət, o cümlədən ƏSF-yə üzv olan banklarda milli və xarici valyutada olan qorunan əmanətlər üzrə hazırda qüvvədə olan illik faiz dərəcəsinin yuxarı hədləri barədə məlumat növbəti keçid vasitəsilə əldə oluna bilər: //adif.gov.az/az/insured-deposit.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Yanvar 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri