Icma.az
close
up
RU
Banka olan borcunu ödəməyənlərə VACİB XƏBƏR KONKRET

Banka olan borcunu ödəməyənlərə VACİB XƏBƏR KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan qanunvericiliyində borc öhdəlikləri və vətəndaşın azadlıq hüququ ilə bağlı məsələlər cəmiyyətdə tez-tez müzakirə olunur. Xüsusilə, banka olan borcun ödənilməməsinə görə şəxsin həbs edilməsi ilə bağlı yayılan fikirlər suallar doğurur. Maraqlıdır, Azərbaycan qanunvericiliyinə görə banka olan borca görə şəxs həbs edilə bilərmi?

Bu barədə KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, borc öhdəliyinin icra olunmaması insanın azadlıqdan məhrum edilməsi üçün əsas sayıla bilməz.

Ekspertin sözlərinə görə, bu yanaşma həm beynəlxalq insan haqları konvensiyalarına, həm Avropa ölkələrinin qoşulduğu hüquqi sənədlərə, həm də Azərbaycanın Konstitusiyası və milli qanunvericiliyinə ziddir.

“İnsan borcuna görə azadlığını deyil, yalnız əmlakı ilə cavabdehdir”, – deyə Ə. Həsənov vurğulayıb.

O, qeyd edib ki, Azərbaycanda müəyyən dövrlərdə borca görə həbslər baş verib və bunlar qanunsuz olub.

“2016-cı ildə bu məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə üç nəfər üzrə şikayət etdim. 2022-ci ildə məhkəmə Azərbaycanın əleyhinə qərar çıxardı və dövlət belə həbslərə görə cərimələndi”, – deyə ekspert bildirib.

Əkrəm Həsənovun sözlərinə görə, hazırda da çox nadir hallarda borca görə həbs halları müşahidə olunur, lakin bu hallar hüquqa ziddir. O, vətəndaşları belə vəziyyətlə üzləşdikdə hüquqlarını müdafiə etmək üçün müvafiq instansiyalara şikayət etməyə çağırıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Dekabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri