Icma.az
close
up
RU
Kredit borcunu ödəməyənlərə XƏBƏRDARLIQ

Kredit borcunu ödəməyənlərə XƏBƏRDARLIQ

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Dünyada olduğu kimi Azərbaycanda da əhalinin demək olar ki, böyük bir hissəsi kredit təşkilatlarına üz tutur. Təəsüf ki, ölkəmizdə banklardan alınan kreditləri geri ödəmək bir o qədər də asan olmur. Problemli kredit borcları olan bəzi ölkələr bunun qarşısını almaq üçün müxtəlif üsullara əl atırlar. Bir çox ölkələr isə banklara yüksək miqdarda borcu olanların ölkədən xaricə çıxmasına məhdudiyyət qoyurlar.

Bəs, ölkəmizdə vəziyyət necədir? Azərbaycan banklarına kredit borcu olan vətəndaşlar ölkədən kənara çıxa bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən vəkil Vüsal Cəfərov bildirir ki, bank qarşısında öhdəliyin olması o demək deyil ki, şəxs ölkə hüdudlarını tərk edə bilməz:

“Vətəndaş bank qarşısında öhdəliyi icra edə bilmədikdə (ödəniş edə bilmədikdə), gecikdirdikdə bank məhkəməyə müraciət etməli və müvafiq məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra qərar borclunun yaşadığı ərazidəki icra məmuruna göndərilməlidir.

“İcra haqqında” Azərbaycan Respublikası qanununa əsasən icra məmuru borcluya (krediti ödəyə bilməyən şəxs) tələbin könüllü icrası üçün 10 gün vaxt verir ki, borclu şəxs borc öhdəliyini könüllü olaraq ödəsin. Könüllü icra müddəti bitdikdən sonra icra məmuru “İcra haqqında” qanuna əsasən borclunun barəsində məcburi icra tədbirləri və məhkəmə və digər orqanların qərarlarının icrası haqqında Azərbaycan Respublikası Qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirləri tətbiq edilir. Qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirlərindən biri də borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiridir.

“İcra haqqında” qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Həmin qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir” - deyə vəkil bildirib.

Göründüyü kimi şəxsin ölkədən getmək hüququ yalnız  borcunun olması barədə yalnız məhkəmə qərarı ilə məhdudlaşa bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:268
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 Aprel 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri