Icma.az
close
up
RU
Bankda kiməsə zamin olmazdan əvvəl iki dəfə düşünün

Bankda kiməsə zamin olmazdan əvvəl iki dəfə düşünün

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Banklardan kredit götürən insanların sayı kifayət qədərdir və onlar da kredit götürərkən əksər hallarda zamin göstərməlidirlər. 

Ancaq bəzən bu sahədə müəyyən problemlər özünü göstərir. Belə ki, zamin duran şəxs müqavilə sənədini oxumadan imzalayır və bu da sonradan onun üçün müəyyən problemlər yaradır. Bəzən elə hallar olur ki, kredit götürən şəxs dəfələrlə kredit götürərkən həmin zamin şəxsin adından yenə də istifadə edir. Maraqlıdır, şəxsin xəbəri olmadan onun yenidən zamin kimi göstərilməsi mümkündürmü və zamin şəxsin özünün kredit götürmək hüququ varmı?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, zamin duran şəxs  zaminlik müqaviləsini imzalamalıdır: 

“Burada baş verən proseslərə gəldikdə, məsələn, bankla zaminlik müqaviləsi imzalanır və orada deyilir ki, mən filankəsin gəlib sizdən götürəcəyi  kreditə görə zaminəm, maksimal məbləğ 100 min manat və 5 il müddətinə və kreditin də faiz dərəcəsi təxminən 20 faizdir. Bundan sonra 5 il ərzində həmin vətəndaş gəlib, 10 min götürdü 1 illik, sonra gəlib 50 min 2 illik götürürsə, bəli, mən ona görə zaminəm. 

Çünki mən ümumi öhdəlik götürmüşəm ki, bu qədər məbləğədək, bu müddətədək zaminəm. Bank da vətəndaş gələndə baxır ki, 100 min manat və  5 ilədək zaminsən. Deməli, həmin öhdəliyə görə zaminəm. Yəni özünün də xəbəri var. Əgər razı deyildisə, konkret yazardı ki, 1 il ərzində, 10-20 min manata zaminəm. Bunu yazmırlar, 5 il yazırlar. Ona görə də vətəndaşlar bəzən bu məsələlərdə yalnışlığa yol verirlər. Mənə də bu barədə müraciətlər olur. Əslində problem budur. Mən hamıya tövsiyə edirəm ki, heç kəsə görə zamin durmayın. O şəxsə görə zamin durun ki, sabah gəlib o pulu istəyəndə sizi “yandırmayacaq”. Zamin duranda fikirləşmək lazımdır.  Ümumiyyətlə, kredit götürən şəxs zaminlik göstərə bilməz. Zamin özü gəlib qol çəkməlidir. Əgər zaminlik müqaviləsi müddəti bitibsə, bank onu zamin kimi qeyd edə bilməz. Zaminlik öhdəliyi zaminlik müqaviləsi formasında rəsmiləşdirilir. Əgər onun müddəti bitibsə, qurtardı". O bildirib ki, zaminlik müqaviləsinin şərtləri çox vacibdir:

"Əgər mən orada 1 dəfə yazmamışamsa, onda kredit götürən şəxs o öhdəliyi bağlayıb gəlib yenidən kredit götürəcək. Şünki müddət var. Orada ümumiyyətlə, 3 məsələ var- kreditin müddəti, məbləğ, faiz. Zaminlik məsələlərində bu üç məsələ əks olunur. Əgər onlardan hər hansı biri pozulubsa, məsələn, mən 20 faizədək zamin durmuşdum, ancaq sabah bank ona krediti  21 faizlə verib. Artıq öhdəliyə görə mən zamin deyiləm və 19 faizlə versəydi, zamin olardım”. 

Ekspertin sözlərinə görə, zamin şəxsə kredit verilə bilər: 

“Sadəcə zamin duranda kredit bürosundakı kredit tarixçəsində əks olunur ki, kimə görəsə zamin durmusuz. Yəni sabah özünüz üçün banka kredit götürməyə gedəndə bank deyir ki, zaminlik öhdəliyiniz var. Zaminlik elə kredit götürmək kimi bir şeydir. Ona görə də başqa yerdən kredit götürmək istədikdə banklar verə bilər məhdudiyyət yoxdur, ancaq fikirləşir ki, zamin durduğu şəxs öz borcunu verə bilməsə, bundan çıxacaqlar.  Onda bu şəxs banlın borcumu verə bilməyəcək. Ona görə də əksər hallarda da həmin şəxsə kredit vermirlər”. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Dekabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri